
ABŞ-də polis səhvinə görə psixiatriya xəstəxanasında yatan şəxsə bir milyon dollara yaxın təzminat ödəniləcək
ABŞ-də, Havay ştatının Honolulu şəhərində polisin yol verdiyi yanlışlıq üzündən iki ildən çox həbsxanada və psixiatriya klinikasında saxlanılan evsiz şəxsə 975 min dollar təzminat ödəniləcək.
ABŞ-də, Havay ştatının Honolulu şəhərində polisin yol verdiyi yanlışlıq üzündən iki ildən çox həbsxanada və psixiatriya klinikasında saxlanılan evsiz şəxsə 975 min dollar təzminat ödəniləcək.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Hadisə 2017-ci ildə küçədə gecələyən 54 yaşlı Coşua Spristersbaxın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə başlayıb. Spristersbaxın davamlı olaraq yanlış adam olduğunu bildirməsinə baxmayaraq, o, dörd ay həbsdə saxlanılıb. Daha sonra şizofreniyadan əziyyət çəkən başqa bir şəxslə səhv salındığı üçün iki ildən artıq müddətə ruhi sağlamlıq mərkəzinə yerləşdirilib.
Tibb işçiləri onun günahsız olduğu barədə dediklərini "qarabasma" hesab edərək qulaqardına vurub və pasiyentə məcburi şəkildə sakitləşdirici preparatlar veriblər. Məcburi tibbi müdaxilə başa çatdıqdan sonra isə həmin şəxs dövlət qurumlarına qarşı məhkəməyə müraciət edib.
Uzun sürən tədqiqatlardan sonra Honolulu rəhbərliyi zərərçəkənə 975 min dollar təzminat ödəmək məcburiyyətində qalıb. Bundan başqa, Havay ştatı tərəfindən də əlavə olaraq 200 min dollar məbləğində vəsaitin ödənilməsi ehtimalı nəzərdə tutlub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də qatar yük maşını ilə toqquşdu: Ölənlər var
Amerika Birləşmiş Ştatlarının Missisipi ştatında qatarın yük avtomobilinə çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
Dünyaİranın Əbu-Dabiyə raket zərbəsi nəticəsində beş nəfər yaralanıb
İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.
DünyaNadir "Ferrari Enzo" altı milyon dollara satışa çıxarılır
"RM Sotheby's" hərrac evi nadir "Ferrari Enzo" modelini satışa çıxarmağa hazırlaşır.
Dünya"Telegram"a süni intellekt əsaslı "redaktor" əlavə olunur
"Telegram"ın süni intellektə əsaslanan "redaktor" funksiyası yaradılır. Sınaq versiyasında olan bu yenilik istifadəçilərə daxili süni intellekt (Sİ) vasitəsilə mesajlarını elə çat pəncərəsində dəyişdirməyə şərait yaradır. Yeni alət vasitəsilə yazılardakı orfoqrafik xətaları aradan qaldırmaq, mətnin üslubunu formalaşdırmaq və müxtəlif dillərə tərcümə etmək mümkündür.