
Dəmiryolu vağzallarına dair tələblər müəyyənləşib
"Dəmiryol vağzalları. Layihələndirmə normaları" təsdiq edilib.
"Dəmiryol vağzalları. Layihələndirmə normaları" təsdiq edilib.
Gundem.today-ın məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, bu normalar yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan dəmiryolu vağzallarının layihələndirilməsinə, habelə onların bölmələrinin təşkilinə, torpaq sahələrində yerləşdirilməsinə dair tələbləri müəyyən edir.
Normalar mövsümi istifadə üçün nəzərdə tutulan vağzalların, sərnişin pavilyonlarının, digər bina və tikililərin layihələndirilməsinə şamil edilməyəcək.
Beynəlxalq və şəhərlərarası məsafələrə sərnişin daşınmalarına xidmət edən dəmiryolu vağzalları təyin edilən hesablama tutumundan asılı olaraq aşağıdakı kimi bölünürlər:
- hesabi sərnişin tutumu 200-dək olan kiçik vağzallar;
- hesabi sərnişin tutumu 200-dən 700-dək (daxil olmaqla) olan orta vağzallar;
- hesabi sərnişin tutumu 700-dən daha çox olan böyük vağzallar.
Vağzal komplekslərinə aşağıdakı məcburi elementlər daxil edilməlidir:
- dəmiryol stansiyasına bitişik olan vağzalətrafı meydan və ya ərazi;
- platforma (platformalar) və ya platformalarla birgə sərnişin perronu;
- vağzalın bir və ya daha artıq sərnişin binası (bundan sonra vağzal adlandırılacaq).
Vağzal kompleksinin planlaşdırma həllindən asılı olaraq layihə tapşırığı əsasən əlavə olaraq onların tərkibinə aşağıdakılar daxil edilə bilər:
- bir və ya müxtəlif səviyyələrdə yerləşən piyada keçidləri (konkorslar, piyada körpüləri, tunellər, döşənəklər və s.);
- sanitar-məişət, ictimai-işgüzar, mədəni-istirahət, ticarət, yardımçı və texniki təyinatlı əlavə bina və qurğular;
- DÜİST 33942 üzrə kiçik memarlıq formaları.
Sürətli və ya yüksək sürətli qatarların platformaya bitişik dəmir yolu xətti üzrə dayanacaqsız keçidinin mümkün olduğu stansiyalarda eni 4.5 m-dən az olmayan kənar (yandan) tipli platformalar və eni 8 metrdən az olmayan ada tipli platformalar layihələndirilməlidir.
Bu zaman hündür platformanın kənarından 2 m-dən, alçaq platformanın kənarından isə 2.3 m-dən az olmayan məsafədə keçidlər üçün aralıqlar nəzərdə tutulmaqla məcburi siqnal mühafizə sədləri quraşdırılmalıdır.
Platformanın uzunluğu dəmiryol nəqliyyatının perspektiv inkişafı nəzərə alınmaqla sərnişin qatarının ən böyük uzunluğuna uyğun qəbul edilməlidir.
Sərnişin qatarının perspektiv uzunluğu haqqında məlumat olmadıqda platformanın uzunluğu qatarın maksimal uzunluğundan 15 m-dən cox olmaqla qəbul edilməlidir.
Perspektivdə lokomotiv dartqı qatarının dayanacağı məlum olmadıqda ehtiyat uzunluğunun 10 m qəbul edilməsinə yol verilir.
Yeni tikilən stansiyalarda platformaların aşağıda göstərilən şərtlərə uyğun uzadılması imkanları nəzərdə tutulmalıdır:
- zərurət olduqda şəhərətrafı qatarlar üçün 300 m-dən az olmamaqla;
- beynəlxalq və şəhərlərarası qatarlar üçün 650 m-dən az olmamaqla;
- layihə tapşırığına əsasən beynəlxalq və şəhərlərarası qatarlar üçün platformaların 1 000 m-dək.
Yeni tikilən vağzal binalarının layihələndirilməsi zamanı döşəmədən mərtəbəarası örtüyün və ya dam örtüyünün çıxıntı konstruksiyasına qədər minimum hündürlük aşağıdakı qiymətlərdən az olmamaqla qəbul edilməlidir:
- əməliyyat və paylama zalları üçün - 3.6 m;
- gözləmə zalı üçün - 3.3 m;
- sərnişinlərə xidmət zonaları üçün - 3.0 m;
- texniki otaqlar daxil olmaqla digər yerüstü otaqlar üçün - 2.5 m.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatDərman və tibbi vasitələrin alınmasına 7.6 milyon manat xərclənəcək
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsin tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman və tibbi vasitələrin alınmasına görə xərcləyəcəyi pulun miqdarı məlum olub.
İqtisadiyyatMərkəzi Bankdan "Rabitəbank"la bağlı İLGİNC QƏRAR - İcrası məcburi sərəncam verildi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank" ASC-yə icrası məcburi sərəncam təqdim edib.
İqtisadiyyatHarada ev almaq daha böyük qazanc vəd edir? - Bakının rayonları üzrə QİYMƏT ARTIMI templəri - CƏDVƏL
2026-cı ilin yanvar-mart aylarında Bakıda mənzil bazarında mərhələli və sabit artım trendi formalaşıb.
İqtisadiyyatİki su elektrik stansiyasının tikintisinə 43 milyon manatdan çox pul xərclənəcək
Azərbaycanda iki kiçik su elektrik stansiyası (KSES) tikiləcək.