Son dəqiqə
Latviya Prezidenti: "Sülh sazişinin imzalanması təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq""Beşiktaş" Almaniya klubundan ispan müdafiəçi alırMərkəzi Bank yeni reyestr yaradacaqAzərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır - SƏBƏBKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?Edqars Rinkeviçs: "Latviya ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb
Digər

"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb

Bu gün
12:22
0 baxış
Paylaş:

"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Final qarşılaşması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Qızıl medal uğrunda keçirilən oyunda "DH Volley" komandası "Turan" komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində "Turan" birinci yerə layiq görülüb, "DH Volley" ikinci yeri tutaraq gümüş medal qazanıb. Bürünc medala isə "Gəncə" komandası sahib olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, "Demirören Holdinq" qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören və digər rəsmi şəxslər iştirak ediblər.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb. Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında "DH Volley"in üzvləri də yer alıb. "Ən yaxşı toppaylayıcı" Natalia Gajewska, "Ən yaxşı hücumçu" Alla Alekumova, "Ən yaxşı diaqonal oyunçu" isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də "Demirören Holdinq" qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində "Demirören Holdinq" qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də "DH Volley" üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.

Gələcək mövsümlərdə daha böyük uğurları hədəfləyən "DH Volley" komandası "Azərlotereya"nın sponsorluğu ilə yaradılıb. "Azərlotereya" gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Şirkət "Misli Premyer Liqası" başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bu çərçivədə şirkət ölkə voleybolunun inkişafına da töhfə verir.

Şirkət 2021-ci ildən "Demirören Holdinq"in idarəetməsinə verilib. Fəaliyyət göstərdiyi ölkələrdə idmanın inkişafına xüsusi diqqət ayıran "Demirören Holdinq" xüsusilə voleybolun dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. "DH Volley" komandasının əldə etdiyi uğur da bu dəstəyin və idmana yönəlmiş strategiyanın nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Azərlotereya

Oxşar Xəbərlər

"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurubDigər

"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub

Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.

Bu gün
11:360
"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirirDigər

"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirir

Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.

Bu gün
10:000
"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdıDigər

"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı

İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.

Bu gün
15:240
Bu bank pulunuza illik 12% gəlir təklif edirDigər

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Etibarlı maliyyə tərəfdaşınız "Expressbank" "Klassik əmanət" məhsulu üzrə cəlbedici imkan təklif edir.

Bu gün
15:140