
Dominik Soboslay: "PSJ ilə matçda meydanda ölməyə də hazıram"
"Liverpul"un ulduz yarımmüdafiəçisi Dominik Soboslay UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçiriləcək həlledici cavab qarşılaşması öncəsi iddialı fikirlər səsləndirib.
"Liverpul"un ulduz yarımmüdafiəçisi Dominik Soboslay UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində PSJ-yə qarşı keçiriləcək həlledici cavab qarşılaşması öncəsi iddialı fikirlər səsləndirib.
Gundem.today "BBC" nəşrinə istinadən xəbər verir ki, istedadlı macar futbolçu bu gün baş tutacaq matçda əzmlə mübarizə apararaq möhtəşəm geridönüşə imza atmaq niyyətində olduqlarını vurğulayıb.
"İlk saniyələrdən final fitinə qədər meydanda bütün gücümüzü, lazım gələrsə, daha artığını ortaya qoyacağıq. Bu gün möhtəşəm geridönüş etmək naminə meydanda ölməyə belə hazıram. Bu görüş mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki komanda olaraq bu matça böyük əməklə hazırlaşmışıq. "Enfild" stadionunun sehri gözlənilməzdir, burada hər an hər şey dəyişə bilər. Budəfəki qarşılaşma ilk oyundan tamamilə fərqlənəcək və taktiki gedişlərimizdə də dəyişikliklər olacaq. Əsas hədəfimiz meydanda var gücümüzlə savaşmaqdır. Matçın sonunda hər kəs əlindən gələnin ən yaxşısını etdiyini əminliklə söyləyə biləcəksə, bu, məqsədimizə çatdığımızı göstərəcək və ruh yüksəkliyimizi qorumağa kömək edəcək. Hər birimiz maksimum töhfə verəriksə, qarşımızda yeni və çox mühüm imkanlar açılacaq".
Xatırladaq ki, "Liverpul" səfərdə baş tutan ilk görüşdə PSJ-yə 2:0 hesabı ilə məğlub olub. Tərəflər arasındakı həlledici cavab qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qaziantep"də Burak Yılmaz dövrü başa çatdı - FOTO
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Burak Yılmaz ilə yollarını ayırdığını rəsmən elan edib.
İdmanGüləş üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlanıb
Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
İdmanMbappe: "Real Madrid"də çıxış etmək Tanrının bəxş etdiyi hədiyyədir"
Ulduz futbolçu Kilian Mbappe formasını geyindiyi "Real Madrid" klubu barədə səmimi fikirlərini bölüşüb.
İdman"Beşiktaş" İngiltərə Premyer Liqasından qapıçı transfer edir - FOTO
İngiltərənin "Vulverhempton" klubunun təcrübəli qapıçısı Joze Sa karyerasında yeni səhifə açaraq Türkiyə Superliqasına yollanmağa hazırlaşır.