
Dörd yaşlı uşağı maşın vurdu: Qonşu gəzdirmək üçün parka aparıbmış
Lənkəranda uşağı maşın vurub.
Lənkəranda uşağı maşın vurub.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimanabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 4 yaşlı A.Makarovanı vurub. Sürücü dərhal azyaşlını Lənkəran Rayon Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırıb.
Xəstəxanadan bildirilib ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində piyadavurma hadisəsi səbəbi ilə 2022-ci il təvəllüdlü azyaşlı təcili yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nahiyəsinin açıq yarası, hematoma diaqnozları təyin olunub. Yaralı Reanimasiya şöbəsinə yerləşdirilib".
Qeyd edək ki, hadisədən əvvəl uşağın anası evdə olmayıb. Qonşu uşağı parkda gəzdirmək üçün anası ilə əlaqə saxlayıb, razılıq aldıqdan sonra onu gəzintiyə aparıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
CəmiyyətBəhreynli səyyah: "Qarabağın hər bir şəhərinin özünəməxsus atmosferi var"
"Qarabağdakı hər bir şəhər və yaşayış məntəqəsi müqayisə edilməsi qeyri-mümkün və təkrarolunmaz atmosferə malikdir".
CəmiyyətWUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.
CəmiyyətArvinder Bahal: "Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur"
"Qarabağda tikinti işlərinin miqyası və yol infrastrukturunun səviyyəsi regionun çiçəklənməsindən xəbər verir".