
Arvinder Bahal: "Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur"
"Qarabağda tikinti işlərinin miqyası və yol infrastrukturunun səviyyəsi regionun çiçəklənməsindən xəbər verir".
"Qarabağda tikinti işlərinin miqyası və yol infrastrukturunun səviyyəsi regionun çiçəklənməsindən xəbər verir".
Gundem.today xəbər verir ki, bu barədə "Report"un Şuşaya ezam olunmuş müxbirinə işğaldan azad olunmuş ərazilərə beynəlxalq səyyahlar qrupunun tərkibində səfər edən ABŞ-dən olan hindəsilli səyyah Arvinder Bahal bildirib.
"Mən dünyanın bütün ölkələrində olmuşam və Azərbaycan mənim ən sevdiyim ölkələrdən biridir. Bu, sizin ölkənizə dördüncü səfərimdir, lakin Qarabağa ilk gəlişimdir. İşğaldan azad olandan sonra burada görülən işlər inanılmaz dərəcədə təsirləndiricidir. Azərbaycanlılar burada yaratdıqları ilə haqlı olaraq fəxr edə bilərlər", - o qeyd edib.
Səfər təəssüratlarını bölüşən səyyah Ağdamı xüsusi vurğulayıb:
"Ağdamdakı məscidi ziyarət etmək çox emosional bir an idi. Həm şəhərin bərpası, həm də bütövlükdə onun inkişaf templəri təsirləndiricidir. Xankəndi və Şuşada aparılan tikinti işlərinin sürəti heyrət doğurur".
Bahal əlavə edib ki, bir neçə ildən sonra regiona qayıtmağı planlaşdırır: "Əminəm ki, beş ildən sonra bu diyar daha da çiçəklənəcək. İnşa etdiyiniz bu cür yollar və binalarla regionun gələcəyi, həqiqətən də çox ümidverici görünür".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycana təhlükəli arılar gətirilib - XƏBƏRDARLIQ
Özbəkistandan Azərbaycana bir tır gənələrlə yoluxmuş arılar gətirilib.
CəmiyyətBəhreynli səyyah: "Qarabağın hər bir şəhərinin özünəməxsus atmosferi var"
"Qarabağdakı hər bir şəhər və yaşayış məntəqəsi müqayisə edilməsi qeyri-mümkün və təkrarolunmaz atmosferə malikdir".
CəmiyyətWUF13-ün ev sahibi Azərbaycan Afrika ölkələrinin şəhərsalmanın inkişafı üzrə fəaliyyətlərinə dəstək verir
Keniyanın paytaxtı Nayrobi şəhərində 8-10 aprel tarixlərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) dəstək vermək məqsədilə WUF13-ün ev sahibi Azərbaycan AUF2-nin ev sahibi Keniya ilə əməkdaşlığı davam etdirir.
CəmiyyətDörd yaşlı uşağı maşın vurdu: Qonşu gəzdirmək üçün parka aparıbmış
Lənkəranda uşağı maşın vurub.