
Epidemioloq: "Peyvənd olunmamış uşaq daim risk altındadır" - FOTO
"Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq, immun müdafiəni bərpa etmək mümkündür".
"Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmış müddətdən asılı olmayaraq, immun müdafiəni bərpa etmək mümkündür".
Gundem.today xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika bölməsinin həkim-epidemioloqu Əlcəfər Cəfərov açıqlayıb.
Onun sözlərinə görə, peyvənd qrafikində yaranan boşluğu doldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağın yaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir:
"Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır, sadəcə, qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildə tamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiə səviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti ilə optimallaşdırıla bilər. Hər bir peyvənddən öncə övladınız həkim tərəfindən fərdi qaydada müayinə olunur və yalnız onun tam sağlamlığına əmin olduqdan sonra peyvənd qərarı verilir".
Epidemioloq qeyd edib ki, əsassız qorxulara deyil, mütəxəssis rəyinə güvənərək uşağı vaxtında qorumaq gərəkdir:
"Unutmayın ki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucu xəstəliklərə tutulmaqdan, onların ağır fəsadlarından, əlillikdən və ölümdən qorumağın ən etibarlı yoludur. Peyvəndlənməmiş hər bir uşaq daim risk altındadır. Övladlarımızın gələcəyini sağlam görmək istəyiriksə, onları vaxtında peyvənd etdirək".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSatmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMA
Daşınmaz əmlak bazarında son illərin qiymət dinamikası Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonunun qəsəbələrində mənzillərin və fərdi yaşayış evlərinin əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Yaranmış şəraitdə ödəmə qabiliyyəti aşağı olan, az və ortagəlirli vətəndaşlar özlərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün daha çox dövlətin təqdim etdiyi yaşayış maliyyəsi alətlərinə üz tuturlar. Əksər hallarda onlar bu arzularını ipoteka kreditindən və ya satmaq öhdəliyi ilə
CəmiyyətLeyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcək
Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən "Gənc arıçı" layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.
CəmiyyətBəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"
"Metro stansiyalarına gələn gərginlik xəttində baş vermiş qısaqapanma zamanı hər hansısa yanğın və ya partlayış qeydə alınmayıb".
CəmiyyətQarabağ arzusu gerçəyə çevrilir – Qırmızı Bazara növbəti qayıdış
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.