
Əsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"
"Azərbaycandan yeni təşəbbüslər gözləyirik".
"Azərbaycandan yeni təşəbbüslər gözləyirik".
Bu fikirləri Gundem.today-a açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan deyib.
O bildirib ki, Azərbaycan təşkilatın önəmli üzvüdür və eyni zamanda ən çox zirvə görüşlərinə ev sahibliyi edən ölkələrdən biridir:
"Bundan əlavə, Azərbaycan bir sıra Nazirlər Şurası iclaslarına və digər nazirlər səviyyəli görüşlərə də ev sahibliyi edib. Biz Azərbaycan hökuməti ilə daim əlaqədəyik. Gələn ayın ortalarında Regional Təlim Şurasının iclası keçiriləcək. Həmin iclasda hər bir nümayəndə heyəti və ölkə müxtəlif görüşlərə ev sahibliyi etmək üçün təkliflərlə çıxış edəcək. Biz bu görüşü səbirsizliklə gözləyirik və həmin iclasda Azərbaycanın müxtəlif tədbirlərə ev sahibliyi etmək imkanını ifadə edəcəyinə ümid edirik".
Baş katib bildirib ki, əsas maraq göstərdikləri görüşlərdən biri Maliyyə Nazirlərinin iclasıdır:
"Azərbaycanın eyni zamanda WUF13-ə ev sahibliyi etdiyini nəzərə alaraq, biz də bu çərçivədə bir yan tədbir təşkil etməyi və həmin forumda iştirak etməyi planlaşdırırıq. Bununla yanaşı, Azərbaycan hökuməti ilə sıx koordinasiya şəraitində müxtəlif gündəlik məsələlər üzərində işləməyə davam edəcəyik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətZakir Həsənov italiyalı həmkarı ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.
SiyasətPrezidentin sosial şəbəkə hesablarında Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb.
SiyasətÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq
"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".
Siyasətİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər
"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər".