
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb.
Gundem.today xəbər verir ki, bu barədə İtaliyanın Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumatda Azərbaycanın Avrasiya regionunda rolunun fundamental xarakter daşıdığına və ölkənin İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaş olduğuna diqqət çəkilib.
Q.Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırlayaraq, eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyini vurğulayıb.
Nazirlər söhbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib.
"Həmçinin davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Q.Krozetto əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPrezidentin sosial şəbəkə hesablarında Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb.
SiyasətƏsəd Məcid Xan: "Azərbaycandan yeni təşəbbüslər gözləyirik"
"Azərbaycandan yeni təşəbbüslər gözləyirik".
SiyasətÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaq
"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".
Siyasətİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər
"İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 18-ci Zirvə görüşü İranda keçirilməyə bilər".