Əsrin oğurluğu: Avropada 12 ton şokolad yoxa çıxdı
Dünya

Əsrin oğurluğu: Avropada 12 ton şokolad yoxa çıxdı

İndi
05:02
1 baxış
Paylaş:

Naməlum şəxslər 413 mindən çox "KitKat" batonunu daşıyan yük maşınını oğurlayıblar.

Naməlum şəxslər 413 mindən çox "KitKat" batonunu daşıyan yük maşınını oğurlayıblar.

Gundem.today AFP-yə istinadən xəbər verir ki, bu barədə "Nestle" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Hadisə ötən həftə baş verib. Yük maşını İtaliyadakı zavoddan Polşadakı paylama mərkəzinə şokolad batonları aparırmış. Daşınma zamanı nəqliyyat vasitəsi qaçırılıb. Şirkətdən bildirilib ki, nəqliyyat vasitəsi və yük hələ də tapılmayıb.

Qeyd olunub ki, bu oğurluq mağazalarda "KitKat" qıtlığına səbəb ola bilər. Həmçinin itən məhsulların Avropa bazarlarında qeyri-rəsmi satış kanalları vasitəsilə yayılması ehtimal edilir.

Bu səbəbdən alıcılara məhsulları xüsusi kod vasitəsilə yoxlamaq tövsiyə olunub. Bildirilib ki, uyğunsuzluq aşkar edilərsə, sistem "KitKat" şirkətinə məlumat ötürmək üçün dəqiq təlimatlar təqdim edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Şokolad#Qarət_hadisəsi#İtaliya#Polşa

Oxşar Xəbərlər