
Rusiyalı manyakdan şok etiraf: 100-dən çox qətl törətdiyini dedi
Rusiyalı Aleksey Qaskov 1995-ci ildən etibarən 100-dən çox qətl törətdiyini etiraf edib.
Rusiyalı Aleksey Qaskov 1995-ci ildən etibarən 100-dən çox qətl törətdiyini etiraf edib.
Gundem.today "Vesti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, dəqiq sayını xatırlamır, çünki qurbanlarını saymayıb.
"1995-ci ildən başlayaraq, təxmini desəm, 100-dən çox qətl törətmişəm. Mən saymamışam, qeyd aparmamışam, belə şeyləri yalnız bəzi manyaklar sayır", - deyə o bildirib.
Aleksey Qaskov həmçinin peşman olduğunu və istintaqla əməkdaşlıq etmək üçün dəfələrlə könüllü ifadə verdiyini qeyd edib.
O, ilk dəfə 2002-ci ilin dekabrında Berdsk şəhərində qızların qətli və zorlanması şübhəsi ilə saxlanılıb, lakin həmin vaxt onun günahını sübut etmək mümkün olmayıb.
Daha sonra 2006-cı ilin mayında 11 yaşlı qızın zorlanması şübhəsi ilə yenidən saxlanılıb və bir il sonra 10 il yarım müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə azadlığa buraxılıb.
2024-cü ilin iyulunda aparılan bioloji ekspertiza 2002-ci ildə Moskva vilayətində törədilmiş qətllərdən götürülən nümunələrin məhz ona aid olduğunu təsdiqləyib.
Hazırda istintaq onun digər açılmamış cinayətlərdə iştirakını da araşdırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə məhkəmədən sürpriz qərar: Qalata qülləsi ilə bağlı mübahisəyə nöqtə qoyuldu
İstanbulun tarixi simvolu olan Qalata qülləsinin mülkiyyət hüququna dair məhkəmə qərarı açıqlanıb. Məhkəmənin qərarına əsasən, tarixi abidə Vəqflər Baş İdarəsinin tabeliyində qalacaq.
DünyaƏsrin oğurluğu: Avropada 12 ton şokolad yoxa çıxdı
Naməlum şəxslər 413 mindən çox "KitKat" batonunu daşıyan yük maşınını oğurlayıblar.
DünyaGünəşdə böyük plazma partlayışı: Ay missiyası risk altında
Günəşdə güclü plazma atılması baş verir və bu hadisə Ay missiyasının başlanmasına təsir göstərə bilər.
DünyaKəskin qıtlıqdan tarixi maksimuma - Yaponiya düyü böhranını necə aşdı?
"Yaponiyanın düyü rezervləri son illərdə müşahidə olunan kəskin çatışmazlıqdan sonra ən yüksək səviyyəyə yüksələcək".