
Evdə səs-küy saldığınıza görə yüksək məbləğdə cərimə edilə bilərsiniz - Qanun nə deyir? - VİDEO
Mənzil sizin şəxsi əmlakınız olsa da, orada belə, bəzən hərəkətlərinizi elə seçməlisiniz ki, kənar şəxsləri narahat etməyəsiniz.
Mənzil sizin şəxsi əmlakınız olsa da, orada belə, bəzən hərəkətlərinizi elə seçməlisiniz ki, kənar şəxsləri narahat etməyəsiniz.
Gundem.today-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu mənzildə səs-küy salmaqla bağlıdır.
Evdə səs-küy salmağa görə hansı hallarda cərimə tətbiq edilə bilər?
İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində qeyd olunur ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00-dan 07-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərində ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə məsuliyyət daşıyırsınız.
Bu pozuntulara görə cərimələr də müəyyənləşib.
Belə ki, qanunvericiliyin tələblərinə tabe olmayan fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAğzına kimi dolu Kiyev dəmiryol vağzalının az qala yarısı azərbaycanlılar idi
Mart ayının əvvəli, müharibənin başladığı bir həftədən çox idi. Günlərdir müxtəlif vilayətlərdən, xüsusilə, Ukraynanın şərqindən və cənubundan müxtəlif yollarla çöllərə səpələnib ölkəni bürümüş müharibədən sağ-salamat təxliyə olmaq istəyənlər Kiyev vağzalına toplaşmışdılar. Günlərdir gözləntidən sonra təxminən 10 vaqondan ibarət bir qatar demək olar ki, ancaq azərbaycanlılara ayrılmışdı.
CəmiyyətMəkkəyə velosipedlə gedən səyyah: "Pulum qalmasa, Türkiyədə işləyib yoluma davam edəcəyəm" - VİDEO
Yorulanda dayanır, bir qədər piyada gedir, dincəlir və yenidən yoluna davam edir… Azuqəsi də elə velosipedinin üzərindədir.
CəmiyyətAzərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% azdır.
Cəmiyyətİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.