
Fransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıb
Fransanın mərkəzi hissəsində yerləşən Burj kommunası yaxınlığındakı hərbi təlim poliqonuna minlərlə insan açıq havada əyləncə məclisi təşkil etmək məqsədilə toplaşıb.
Fransanın mərkəzi hissəsində yerləşən Burj kommunası yaxınlığındakı hərbi təlim poliqonuna minlərlə insan açıq havada əyləncə məclisi təşkil etmək məqsədilə toplaşıb.
Gundem.today "Le Monde" nəşrinə istinadən xəbər verir ki, ərazidə partlamamış hərbi sursatların qalma ehtimalı olduğu üçün yerli rəhbərlik bu toplanışı olduqca təhlükəli vəziyyət kimi qiymətləndirib.
Tədbirin ilk iştirakçıları əraziyə mayın 1-i səhər saatlarında gəliblər. Yerli vaxtla saat 09:00-a (Bakı vaxtı ilə 11:00) qədər rəsmi qurumlar bölgədə 2 300-dən çox avtomobil qeydə alıblar. Təşkilatçılar isə həftəsonunadək burada 30 minə yaxın insanın iştirakını planlaşdırırlar.
Çer departamentinin prefekturası bu kütləvi toplanışın icazəsiz olduğunu bildirərək, təhlükəli zonaya girişin qarşısını almaq məqsədilə əraziyə polis və jandarm qüvvələrinin cəlb edildiyini açıqlayıb. Həmçinin, təşkilatçıların qanun qarşısında cavab verəcəyi və məhkəmə təqibinə məruz qalacağı qeyd edilib.
"Toplaşanlar partlamamış sursatların qala biləcəyi bir ərazidə yerləşiblər. Bundan daha təhlükəli bir məkan seçmək mümkün deyildi", - deyə prefekturadan vurğulanıb. Rəsmilər poliqonda olan şəxslərə tonqal qalamamağı, torpağı qazmamağı və yerdən hər hansı naməlum əşya götürməməyi ciddi şəkildə xəbərdar ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırma
Gənclər arasında bağırsaq xərçəngi hallarının artması qida rasionunda südün azaldılması ilə bağlı ola bilər. Belə ki, bu qidadan uzaq durmaq xəstəliklərdən qorunmaq üçün mühüm əhəmiyyət kəsb edən kalsiumun səviyyəsini aşağı salır.
DünyaMesajlaşma niyə anlaşılmazlığa səbəb olur?
Həssas və çətin mövzuların yazışma vasitəsilə həll edilməsi, canlı ünsiyyətlə müqayisədə daha çox anlaşılmazlıq və münaqişəyə səbəb olur.
DünyaRusiya aeroportlarında yeni qaydalar tətbiq olunub
Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.
DünyaDiplomatiya, yoxsa müharibəyə davam? - Tramp seçimləri açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla nüvə danışıqlarında yalnız iki alternativin olduğuna inanır: ya yeni saziş bağlanmalı, ya da İslam Respublikasının sonu gəlməlidir.