
Hər gün süd içmək xərçəng riskini 17% azaldır - Mühüm araşdırma
Gənclər arasında bağırsaq xərçəngi hallarının artması qida rasionunda südün azaldılması ilə bağlı ola bilər. Belə ki, bu qidadan uzaq durmaq xəstəliklərdən qorunmaq üçün mühüm əhəmiyyət kəsb edən kalsiumun səviyyəsini aşağı salır.
Gənclər arasında bağırsaq xərçəngi hallarının artması qida rasionunda südün azaldılması ilə bağlı ola bilər. Belə ki, bu qidadan uzaq durmaq xəstəliklərdən qorunmaq üçün mühüm əhəmiyyət kəsb edən kalsiumun səviyyəsini aşağı salır.
Gundem.today xəbər verir ki, ümumi profilaktika həkimi Rupa Parmer "Daily Mail" nəşrinə müsahibəsində bu mövzu ilə bağlı mühüm məqamlara toxunub.
Mütəxəssis qeyd edir ki, son vaxtlar bir çox insan, adətən tibbi tövsiyə olmadan, süd məhsullarını bilərəkdən rasionundan çıxarır və bitki əsaslı əvəzləyicilərə üstünlük verir. Belə bir addım bağırsağın müdafiəsində əsas rola malik olan kalsiumun orqanizmə daxil olmasını məhdudlaşdırır.
R.Parmer Oksford Universiteti tərəfindən aparılan və 542 mindən çox qadının qidalanma vərdişlərini əhatə edən araşdırmanın nəticələrinə istinad edir. Tədqiqatçılar müəyyən ediblər ki, hər gün süd içmək bağırsaq xərçəngi riskini təxminən 17% azaldır. Ümumilikdə isə süd və qatıq kimi kalsiumla zəngin qidalar uzunmüddətli izləmə nəticəsində bu diaqnozun qoyulma ehtimalını 16% aşağı salıb.
Həkimin sözlərinə görə, bu qoruyucu xüsusiyyət birbaşa kalsiumla əlaqəlidir. Kalsium yoğun bağırsaqdakı sərbəst yağ və öd turşularını birləşdirərək, onların selikli qişaya göstərə biləcəyi kanserogen (xərçəngyaradan) təsirləri minimuma endirir.
Bununla belə, araşdırma bütün süd məhsullarının eyni effekti vermədiyini üzə çıxarıb. Məsələn, dondurma və pendirin xərçəng riskinin azaldılmasında analoji nəticələr nümayiş etdirmədiyi məlum olub.
R.Parmer xəstəliyin artması ilə süd məhsullarından imtina arasındakı asılılığın hələ tam təsdiqlənmədiyini bildirsə də, mövcud vəziyyətin narahatlıq doğurduğunu qeyd edib. O əlavə edib ki, əksər pasiyentlər heç bir tibbi yoxlama olmadan özlərinə "laktoza dözümsüzlüyü" diaqnozu qoyaraq faydalı qidalardan imtina edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSon 100 ildə insan kəlləsinin forması kəskin dəyişib
Son bir əsr ərzində insan kəlləsinin formasında nəzərəçarpacaq dəyişikliklər baş verib. XX əsrin əvvəllərində yaşamış şəxslərlə müasirlərimizin baş quruluşunu müqayisə edən yapon tədqiqatçılar bu qənaətə gəliblər.
DünyaFransada minlərlə insan əyləncə üçün təhlükəli hərbi poliqona toplaşıb
Fransanın mərkəzi hissəsində yerləşən Burj kommunası yaxınlığındakı hərbi təlim poliqonuna minlərlə insan açıq havada əyləncə məclisi təşkil etmək məqsədilə toplaşıb.
DünyaMesajlaşma niyə anlaşılmazlığa səbəb olur?
Həssas və çətin mövzuların yazışma vasitəsilə həll edilməsi, canlı ünsiyyətlə müqayisədə daha çox anlaşılmazlıq və münaqişəyə səbəb olur.
DünyaRusiya aeroportlarında yeni qaydalar tətbiq olunub
Rusiya hava limanlarında xarici akkumulyatorların daşınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Bu qaydalara əsasən, sərnişinlərə təyyarəyə özləri ilə ikidən çox "powerbank" götürməyə icazə verilməyəcək. Nəzarətin gücləndirilməsi yenilənmiş beynəlxalq təhlükəsizlik tələbləri ilə bağlıdır.