
Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO
Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir.
Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir.
Gundem.today-ın "Qanun nə deyir" adlı rubrikasının bugünkü mövzusu oyuna görə kredit müraciətinə imtina gəlməsi ilə bağlıdır.
Mobil oyunlara ödəniş etdiyinizə görə sizə kreditin verilməsində imtina edilə bilər.
Sözügedən səbəbə görə bankın kredit verməkdən imtina etməsi nəzəri cəhətdən mümkündür. Kredit münasibətləri mülki hüquq münasibətlərinə aid olduğundan bu sahədə əsas prinsip müqavilə azadlığıdır. Mülki Məcəllə bu prinsipi təsbit edir və tərəflərin müqavilə bağlayıb-bağlamamaqda sərbəst olduğunu müəyyən edir. Yəni bank kredit müqaviləsini bağlamaqda məcbur deyil.
Eyni zamanda, bankların fəaliyyəti "Banklar haqqında" Qanunla tənzimlənir. Həmin qanuna əsasən banklar kredit risklərini müstəqil qiymətləndirmək və öz kredit siyasətlərini müəyyən etmək hüququna malikdirlər. Bank, müştərinin ödəmə qabiliyyətini, maliyyə davranışını və ümumi risk səviyyəsini nəzərə alaraq qərar verir. Bu çərçivədə xərcləmə vərdişləri, o cümlədən oyun və ya əyləncə məqsədli ödənişlər də risk faktoru kimi qiymətləndirilə bilər.
Bundan əlavə, Mərkəzi Bank tərəfindən tətbiq edilən məsuliyyətli kreditləşmə prinsipləri banklardan daha ehtiyatlı yanaşma tələb edir. Bankın belə hallarda kredit verməməsi həm də gələcəkdə mümkün borc problemlərinin qarşısını almağa yönəlib. Bu səbəbdən, təqdim olunan səbəblə kreditdən imtina hüquqi baxımdan əsaslandırılmış sayılır.
Vətəndaş belə qərardan narazı qaldıqda isə məhkəməyə müraciət edə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyat"Yüksəliş" müsabiqəsi: Hüquqi-siyasi legitimlik, meritokratiya və institusional inkişaf modeli - FOTO
Dəyişkən və qeyri-sabit siyasi mühitdə dayanıqlı inkişafı yalnız maddi resurslarla deyil, eyni zamanda milli kadr ehtiyatı, güclü idarəetmə bacarıqları və perspektivli liderlərin formalaşdırılması ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycanda "Yüksəliş" müsabiqəsinin yaradılması dövrün tələblərindən irəli gələn strateji zərurət kimi başa düşülməlidir. Sürətlə dəyişən sosial, siyasi, iqtisadi və texnoloji reallıqlar fonunda dövlət və cəmiyyət üçün yeni düşüncəyə malik, çevik qərarvermə bacarığı o
İqtisadiyyatKomitə sədri dövlətə ödənilən 6 milyard manatdan danışdı
"Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb".
İqtisadiyyatGömrük Məcəlləsində mühüm dəyişikliklər edildi - YENİ QAYDALAR
Milli Məclis Gömrük Məcəlləsinə təklif edilən çox saylı dəyişiklikləri birinci oxunuşda qəbul edib.
İqtisadiyyatAzərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - Milli Məclis razılıq verdi
İşəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir.