
Fransada muzeydən oğurlanan qızıl sikkələr Rusiyada aşkarlandı - FOTO
Rusiya Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları Fransanın Sen-Remi dövlət muzeyindən 53 milyon rubl dəyərində (təqribən 1.2 milyon manat - red.) qızıl sikkələr kolleksiyasını oğurlayan Fransa vətəndaşının əməlini ifşa ediblər.
Rusiya Federal Gömrük Xidmətinin (FGX) əməkdaşları Fransanın Sen-Remi dövlət muzeyindən 53 milyon rubl dəyərində (təqribən 1.2 milyon manat - red.) qızıl sikkələr kolleksiyasını oğurlayan Fransa vətəndaşının əməlini ifşa ediblər.
Gundem.today xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb. Bildirilib ki, 29 yaşlı Fransa vətəndaşı Antoni Kastelayn tarixi muzeyin işçisi olub. O, vəzifə səlahiyyətlərindən istifadə edərək muzey eksponatlarının bir hissəsini - Roma imperiyası və III Napoleonun hakimiyyəti dövrünə aid qızıl sikkələri oğurlayaraq qanunsuz yolla Rusiyaya gətirib.
Qeyd olunur ki, 2023-2024-cü illərdə hadisəni törədən şəxs dəfələrlə Moskvaya gəlib və gömrük nəzarətindən maneəsiz keçmək üçün oğurlanmış sikkələri pul kisəsinin xırda pul bölməsində gizlədərək onları avrosentlərlə qarışdırıb. O, paytaxtda qiymətli əşyaları müxtəlif numizmatik təşkilatlara, eləcə də şəxsi kolleksiyaçılara satıb.
Daha sonra İnterpol oğurlanmış qızıl sikkələrin axtarışı ilə bağlı bildiriş yayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təsvirə uyğun gələn 79 əşya aşkar edilərək götürülüb. Ekspertiza onların 78-nin orijinal və mədəni sərvət olduğunu, bir sikkənin isə surət olduğunu göstərib.
Artıq hadisə ilə bağlı cinayət işi açılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAfinada 89 yaşlı qoca dövlət qurumlarını gülləyə tutdu: Beş nəfər yaralandı - FOTO
Yunanıstanın paytaxtı Afinada müxtəlif ərazilər baş verən silahlı insidentlər nəticəsində azı beş nəfər xəsarət alıb.
DünyaBAEA rəhbəri xəbərdarlıq etdi: Dünyada nüvə fəlakəti riski maksimuma çatıb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi hazırkı nüvə fəlakəti riskinin soyuq müharibə dövründəki ən kritik həddə bərabər olduğunu vurğulayıb.
DünyaAvropa İttifaqının yeni qanununa Çindən sərt etiraz
"Avropa İttifaqının sənayenin inkişafını sürətləndirən qanunu sərmayə qoyuluşuna böyük əngəllər törədir və institusional diskriminasiya xarakteri daşıyır".
Dünya"Mossad" rəhbəri: "Düşmən sirlərinin mərkəzindən strateji məlumatlar əldə etdik"
"İsrail Müdafiə Qüvvələri (SAXAL) ilə birlikdə dövlətin strateji mövqeyi dəyişdirilib və gücü artırılıb".