Son dəqiqə
İsrail və Livan arasında danışıqların vaxtı və yeri AÇIQLANDIUEFA Avropa Liqası: "Portu" "Nottingem Forest"lə bacarmadı, "Aston Villa" qələbəyə sevindi - VİDEOGünel Aslanova vəzifəsindən ayrıldıCNN-dən böyük səhv: Sağ olan aktyor haqqında "vida videosu" yayımlandıUEFA Konfrans Liqası: Ev sahibləri inamlı qələbə qazandılarYaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO
Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO
Kriminal

Böyükşor yolunda üç nəfərin öldüyü dəhşətli qəza ilə bağlı ağır cəza tələbi - VİDEO

Bu gün
13:48
0 baxış
Paylaş:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə törətdiyi ağır yol-qəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.

Gundem.today Lent.az-a istinadən xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olmasını məhkəmədən istəyib.

Zərərçəkənlərin hüquqi varisləri V.Məmmədovun daha ağır cəzaya məhkum olunmasını istəyiblər.

Təqsirləndirilənin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 16 aprel saat 09:30-a təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci ildə baş verib. Belə ki, Vaqif Məmmədovun yüksək sürətlə idarə etdiyi yük avtomobili Böyükşor yolunda əks tərəfdən gələn "Volkswagen" markalı maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov, sərnişinləri - Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, onlar xəstəxanada ölüblər.

Faktla bağlı cinayət işi başlanıb və V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Cinayət_Məcəlləsi#Alkoqolizm_(Sərxoşluq)#Yol-nəqliyyat_hadisəsi

Oxşar Xəbərlər

Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"Kriminal

Məhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün
20:121
"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdıKriminal

"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı

Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bu gün
18:481
Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTOKriminal

Müəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO

Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bu gün
17:480
Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildiKriminal

Gəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi

Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bu gün
16:160