
Memar Şeyx Bəhaəddinin möhtəşəm layihəsi: Gəncənin tarixi Cümə məscidinin sirləri - FOTOREPORTAJ
Qədim Gəncə şəhərində yerləşən Cümə məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə inşa edilib.
Qədim Gəncə şəhərində yerləşən Cümə məscidi 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın göstərişi ilə inşa edilib.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, bu səbəbdən məscid xalq arasında "Şah Abbas məscidi" kimi də tanınır.
Görkəmli alim-memar Şeyx Bəhaəddinin layihəsi əsasında inşa edilən məscidin bir hücrəsində böyük Azərbaycan şairi, xəttat Mirzə Şəfi Vazeh də fəaliyyət göstərib.
Məscidin XVIII əsrin ortalarında və sonunda baş vermiş tarixi hadisələrdən xəbər verən kitabələrində Gəncə xanlığının son hökmdarı Qacar Cavad xan Ziyad oğlunun adı çəkilir.
Eyni zamanda məscidin və minbərin dağılması, 1795, 1796 və 1809-cu illərdə təmir olunmasından bəhs edilir. Tikilinin giriş portalının kompozisiyasını tamamlayan, sağ və sol tərəfində yerləşən qoşa minarələr sonralar inşa olunub.
Məscidi iki dəfə əsaslı təmir etdirən Cavad xanın məqbərəsi də bu abidənin yaxınlığında yerləşir.
Gəncədəki tarixi Cümə məscidindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıBöyük Britaniyada dəhşətli şəraitdə saxlanılan 250 it xilas olundu
Böyük Britaniyanın Nottingem şəhərində bir evdən dəhşətli şəraitdə saxlanılan və ömründə heç vaxt bayıra çıxarılmayan 250 pudel cinsli it xilas edilib.
MaraqlıAtlantik okeanın incisi: Turistləri valeh edən Madeyranın görünməyən tərəfləri
Baku TV-nin "Oralarda necədir" rubrikasının yeni buraxılışı yayımlanıb.
MaraqlıRusiyalı qastroenteroloq həzm sisteminə zərər verən gündəlik vərdişləri açıqlayıb
Həzm sisteminin normal fəaliyyəti birbaşa gündəlik həyat tərzi və vərdişlərimizlə bağlıdır. Bu səbəbdən bir çox hallarda orqanizmdə ciddi funksional pozğunluqlar meydana gəlir.
MaraqlıAsudə vaxtını dəyərləndirməklə başlayan sənət: Təbii ağacdan dekorativ əşyalar və oyuncaqlar - FOTOREPORTAJ
Ağac materiallarından müxtəlif əl işlərinin ərsəyə gəldiyi xarratlıq emalatxanasında uşaq oyuncaqları, mebellər və dekorativ əşyalar hazırlanır.