
Gəncə və Şəki kolleclərinə yeni rəhbər təyinatları olub - FOTO
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərinin müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərinin müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
Gundem.today xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.
Bildirilib ki, Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında tarix ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb.
G.Mustafayeva müxtəlif ixtisasartırma proqramlarında və layihələrdə iştirak edib, ADA Universitetinin "Bir müəllimin manifesti" təhsil proqramını, "İnnovativ məktəb direktorları" layihəsini uğurla başa vurub.
Qeyd edilib ki, Xəyal Poladov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya müəllimliyi ixtisası üzrə alıb.
O, əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009-2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda arvadının soyadını götürən kişilərin sayı AÇIQLANDI
Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.
CəmiyyətSabah 22 dərəcə isti olacaq - 10.04.2026
Azərbaycanda aprelin 10-na gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətYanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır
Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.
CəmiyyətKinomuzun sevimli aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür - VİDEO
Aprelin 9-da kinoaktyor və rejissor Ceyhun Mirzəyevin doğum günüdür.