Son dəqiqə
Türkiyəli məşhur aktrisa 12 illik evliliyinə son qoydu - FOTOTutuquşularla bağlı tədqiqat maraqlı məqamları üzə çıxardı - Elmi araşdırma500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO"Titan" batiskafının qəzası: Qurbanların qalıqları ailələrinə ayaqqabı qutularında təhvil verildiFIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır"Google"un yüzlərlə əməkdaşı Pentaqonla əməkdaşlığa etiraz etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. 500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO
Mədəniyyət

500 ildir dağılmayan qalanın divarlarında hələ də eşidilən müharibə səsi: Egey dənizi bir gecədə niyə alova bürünmüşdü? - FOTO- VİDEO

Bu gün
03:00
0 baxış
Paylaş:

İzmirdə Egey dənizinin sahilində beynimdə bir-birini qovalayan müxtəlif fikirlərin əhatəsində asta-asta addımlayırdım. Hava isti olsa da, dənizdən xəfif külək gəlir, dalğaların səsi şəhərin ritminə əlavə rəng qatırdı. Elə həmin an gözüm ucu-bucağı olmayan bir qalaya və tikilinin girişində ucalan əzəmətli heykələ sataşdı: Sərt və yanında "kükrəməyə hazır aslan" olan bu heykəl Osmanlıda admiral və baş vəzir olan Cəzayirli Qazi Həsən Paşaya məxsus idi. Bəlkə də mənim kimi tarixin dərinliyinə baş vu

İzmirdə Egey dənizinin sahilində beynimdə bir-birini qovalayan müxtəlif fikirlərin əhatəsində asta-asta addımlayırdım. Hava isti olsa da, dənizdən xəfif külək gəlir, dalğaların səsi şəhərin ritminə əlavə rəng qatırdı. Elə həmin an gözüm ucu-bucağı olmayan bir qalaya və tikilinin girişində ucalan əzəmətli heykələ sataşdı: Sərt və yanında "kükrəməyə hazır aslan" olan bu heykəl Osmanlıda admiral və baş vəzir olan Cəzayirli Qazi Həsən Paşaya məxsus idi. Bəlkə də mənim kimi tarixin dərinliyinə baş vurmaq istəyən neçə nəfər bu əzəmətli surətin təsirinə düşüb, Həsən Paşanın baxışlarını sanki onu içəri dəvət edən ilk işarə kimi qəbul edərək qalaya tərəf addımlayıb. Fikirlərim bir-birini yola sala-sala yolumu qalaya tərəf saldım. Başımı qaldıranda qarşımda ucu-bucağı görünməyən, geniş və hündür divarları ilə göz oxşayan əzəmətli qala dayanmışdı. Daşların sükutunda isə qəribə bir ağırlıq vardı. Marağım məni kiçik bir araşdırmaya sövq etdi və bu qalanın sadəcə memarlıq nümunəsi olmadığını, həm də tarixin ən yaddaqalan hadisələrində bilavasitə iştirak etdiyini öyrəndim. 1508-ci ildə Osmanlı sultanı II Bəyazid tərəfindən inşa etdirilən bu istehkam Çeşmə dəniz döyüşü kimi tarixə həkk olunan hadisələrə şahidlik edib.

Qalaya yaxınlaşdım. İlk baxışda sakit görünən bu məkanın daxilində fərqli bir enerji var idi. Bu gün həm də muzey kimi fəaliyyət göstərən qəsr, əslində sanki səni əlindən tutub öz ağuşuna, ruhunun dərinliyinə çəkir. Divarların arasından keçdikcə sanki görünməz bir sərhədi aşdım. Elə bil mistik bir filmdəki kimi, başqa bir zamandan digər bir dövrə, daha dəqiq desək həmin ana qədəm qoydum. Addımlarım artıq bu günə yox, keçmişə aid idi. Beləliklə, mənim Çeşmə qalası ilə tanışlığım başladı…

Çeşmə qalası 1508-ci ildə Osmanlı sultanı II Bəyazidin dövründə dənizdən gələn hücumlara qarşı müdafiə məqsədilə tikilib. Egey sahilində yerləşən qala həm strateji mövqeyi, həm də möhkəm memarlıq üslubu ilə diqqət çəkir.

Dəniz səviyyəsindən təxminən 40 metrə qədər yüksəklikdə yerləşən bu qala əsrlər boyu sahili qoruyan bir qalxan olub. Tarixin ən dramatik səhifələrindən biri isə 1770-ci ildə baş verən Çeşmə dəniz döyüşüdür. Osmanlı və Rusiya imperiyalarına məxsus donanmaların qarşılaşdığı bu döyüşdə qala həmin böyük müharibənin canlı şahidinə, daha dəqiq desəm iştirakçısına çevrilib. Gecə boyunca yanan gəmilər, alovlanan dəniz və tarixə yazılan bir faciə...

Bu gün isə Çeşmə qalası keçmişin izlərini daşıyan sakit bir abidədir.

Qalanın yerləşdiyi mövqe də təsadüfi deyil. Dəniz səviyyəsindən çox da uzaq olmayan bu istehkam həm limanı nəzarətdə saxlamağa, həm də mümkün hücumlara qarşı dərhal reaksiya verməyə imkan verib. Qalın divarlar, qüllələr və dar keçidlərin hamısı bir məqsədə xidmət edib: bir imperiyanın sərhəddəki gözü, dənizə açılan sipəri. 1770-ci ildə baş verən Çeşmə dəniz döyüşü bu bünövrənin tarixində ən dramatik səhifələrdən biridir. Osmanlı donanması ilə Rusiya donanmasının qarşılaşdığı bu döyüşdə Egey dənizi alovlara bürünüb. Gecənin qaranlığında yanan gəmilər, suda əks olunan alov və ağır itkilər - bütün bunlara şahid olan qala divarlarına toxunanda sanki o gecənin istiliyinin hələ də qaldığını hiss etmək mümkündür.

Çeşmə dəniz döyüşü

1770-ci ilin iyulunda Egey dənizində, Çeşmə körfəzi yaxınlığında baş verən bu döyüş 1768-1774 Osmanlı-Rusiya müharibəsinin ən həlledici mərhələlərindən biri oldu. Döyüşün ən dramatik qarşıdurmalarından biri Osmanlı donanmasının "Burc-u Zəfər" gəmisi ilə rusların "Müqəddəs Yevstafi" gəmisinin toqquşması oldu. Şiddətli döyüş nəticəsində hər iki gəmi alovlanaraq partlayır və batır. Döyüşdən sonra Rusiya donanması bölgədə üstünlük qazanır və müharibənin gedişinə ciddi təsir göstərir. Münaqişə nəhayət Kiçik Qaynarca müqaviləsi ilə başa çatır. Bu döyüşdə ruslara ən böyük zərbələrdən birini isə qalanın girişində heykəli ucalan Cəzayirli Qazi Həsən Paşa vurur. Döyüşün ilk günü Osmanlı donanmasının sol cinahında onun komandanlığı altında olan "Burc-u Zəfər" adlı üçgöyərtəli gəmi ilə rus donanmasının kapitan-admiralı Qriqori Spiridovun rəhbərlik etdiyi "Müqəddəs Yevstafi" gəmisi arasında şiddətli döyüş başlayır. "Burc-u Zəfər" üzərinə doğru irəliləyən rus gəmisini güclü top atəşinə tutaraq onun bütün yelkən və dirəklərini sıradan çıxarır. Atılan mərmilərdən biri "Müqəddəs Yevstafi"yə ciddi xəsarət yetirir. Nəzarəti itirən Rusiya gəmisi axının təsiri ilə Osmanlı gəmisinə çırpılır və iki gəmi bir-birinə yaxınlaşır. Fürsətdən istifadə edən Həsən Paşa 30 nəfərlik dəstə ilə dərhal düşmən gəmisinə keçərək əlbəyaxa döyüşə başlayır. Lakin yaralandığı üçün geri çəkilməyə məcbur olur. Elə bu vaxt rus gəmisinin sursat anbarında yanğın baş verir. Alov qısa müddətdə Osmanlı gəmisinə də keçir və nəticədə hər iki gəmi yanaraq partlayır və batır. Gəmisini itirən yaralı Həsən Paşa özünü dənizə ataraq sahilə çıxmağa müvəffəq olur. Lakin Rusiya donanmasına da ciddi itki yaşadılır. Yəqin ki, elə buna görə Həsən Paşa hələ də qalanın girişində dayanıb əzəmətli görünüşü ilə insanları qəhrəmanlığı ilə tanış etm

#Mədəniyyət#Çeşmə_qalası#İzmirdə_tarixi_yerlər#Çeşmə_dəniz_döyüşü#Osmanlı_imperiyası#Cəzayirli_Qazi_Həsən_Paşa#Çeşmə_Arxeologiya_Muzeyi#Egey_dənizi_sahilləri#Türkiyə_turizmi#qədim_qalalar#tarixi_abidələr.

Oxşar Xəbərlər

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEOMədəniyyət

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO

Bu gün tanınmış bəstəkar, ixtisasca hüquqşünas olan Ələkbər Tağıyevin doğum günüdür.

Bu gün
13:200
"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEOMədəniyyət

"Meri Poppins" tamaşasının premyerası: "Özümü tərbiyələndirirəm ki..." - VİDEO

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında məşhur yazıçı Pamela Treversin "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşasının premyerası keçirilib.

Dünən
21:240
Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanırMədəniyyət

Stalinin Azərbaycanda həbsdə yatdığı qala təmirə bağlanır

Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi olan Dairəvi qalada (Zindan) bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə aparılan bərpa işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzarəti altında həyata keçiriləcək.

Dünən
14:480
Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJMədəniyyət

Balet sənəti: Zəriflik və yüksək nizam-intizamın vəhdəti - FOTOREPORTAJ

Balet zərifliyin, intizamın və yüksək sənət duyumunun bir araya gəldiyi nadir səhnə sənətlərindən biridir. Bu sənətdə hər addım, hər hərəkət və hər baxış xüsusi məna daşıyır.

Dünən
13:280