
"Haramball": Futbolda sağqalma sənəti
Futbolda "haramball" termini populyarlaşıb. Tamamilə müdafiəyə çəkilib rəqibə oyun qurmağa imkan verməməyə əsaslanan bir taktika. Oyundan alınan zövq bərbaddır, amma funksionallığı yüksəkdir. Heç bir qol buraxmadan, fürsət yarananda isə qol vurmaq strategiyasıdır.
Futbolda "haramball" termini populyarlaşıb. Tamamilə müdafiəyə çəkilib rəqibə oyun qurmağa imkan verməməyə əsaslanan bir taktika. Oyundan alınan zövq bərbaddır, amma funksionallığı yüksəkdir. Heç bir qol buraxmadan, fürsət yarananda isə qol vurmaq strategiyasıdır.
Amma bu strategiya min illərlə mövcuddur. Sun Tzunun "Müharibə sənəti" əsərində belə deyilir:
"Ən birincisi, məğlub olmayın. Məğlub olmamaq sizdən, qələbə isə rəqibin səhv etməsindən asılıdır".
Sun Tzu min illər əvvəl keçilməsi mümkün olmayan müdafiəni ilk şərt kimi təqdim edirdi. Bu yanaşma min illər boyunca müharibələrdə, sonra siyasətdə, iqtisadiyyatda, şirkət idarəçiliyində və insan münasibətlərində istifadə olundu. Bu gün isə futbolda tətbiq edilir.
Mənim uşaqlıq dövrümdə "Skonto Riqa" adlı bir komanda eşidirdik. 10 nəfərlə müdafiə olunur, rəqib səhv edərsə, qol vururdular. Etməzsə, özləri də qol vurmurdular. Bu qədər sadə. Sun Tzunun təklif etdiyi yanaşmanın eynisi:
"Əvvəlcə məğlub olmamağı təmin et. Məğlub olmamaq səndən, qalib gəlmək isə rəqibin səhv etməsindən asılıdır".
2004-cü ildə o günə qədər ciddi uğuru olmayan Yunanıstan milli futbol komandası bu taktikanı götürdü. Zidanlı Fransanı, Fiqulu, Ronaldulu Portuqaliyanı məğlub edib möcüzəvi şəkildə Avropa çempionu oldu.
Həmin ərəfələrdə Avropa daha bir müdafiə taktikasına önəm verən məşqçinin adını eşidirdi. “Portu” ilə Çempionlar Liqasını, “Çelsi” ilə Premyer Liqanı qazanan Joze Mourinyo.
Sonra Pep Qvardiola adında bir adam ortaya çıxdı. Bütün bunlardan çıxardığı dərslərlə futbolu sonsuza qədər dəyişdirdi. Müharibə sənətini, mühəndislik prinsiplərini və ortalamaya əsaslanan riyazi qanunları futbola tətbiq edərək fərdiliyi və istedadı öldürdü. Oyunu fərdlərin yox, sistemin üzərində qurdu. Bütün komandalar onun arxasınca getdilər. Ulduzlar yox olmağa başladılar. Futbol mexanikləşdi.
Futbolun, bəlkə də, son qlobal ulduzları Ronaldu və Messi hegemonluğuna qısa fasilə verməyi bacaran Dieqo Simeone müdafiə taktikasının son təmsilçilərindəndir. Əslində, nə qədər qınanılsa da, əlində olan məhdud resurslarla ən yaxşısını etməyi bacarır. Klubu ortabab səviyyədə götürüb, top-klub səviyyəsinə çıxarmağı bacardı.
Son illər isə Mikel Arteta daha kontrollu və riski minimallaşdırılmış futbola yaxınlaşmağa başlayıb.
Bu axşam Çempionlar Liqasının yarımfinalında "Arsenal" ilə "Atletiko Madrid" qarşılaşacaqlar. Doqquz qollu PSJ - "Bavariya" oyunundan sonra bizi müdafiə sistemlərinin səhnə alacağı "haramball" gözləyir.
Futbolda insanlar hələ də gözəllik axtarırlar. Amma tarix göstərir ki, sistemlər ilk növbədə estetikaya yox, sağ qalmağa üstünlük verir. Sun Tzu bunu min illər əvvəl anlamışdı. Müasir futbol isə sadəcə, həmin prinsipin yeni səhnəsidir: ilk növbədə məğlub olma, sonra fürsət yaranarsa, qalib gəl.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.
İdmanAzarkeşlərin intizamsızlığı səbəbindən "Neftçi" və "Qarabağ" cərimələndi
"Neftçi" klubu azarkeşlərinin intizamsızlığına görə ümumilikdə 13 min manat məbləğində cərimə ilə üzləşib.
İdmanManuel Noyer Çempionlar Liqasında antirekorda imza atdı
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin antirrekordu ilə diqqət mərkəzinə düşüb.
İdmanBakı artıq böyük marafon liqasında: Jurnalist Ayaz Mirzəyev qaçmağa hazırdır - VİDEO
Bakı "Full Marathon" şəhərləri siyahısına daxil olur.