
Azarkeşlərin intizamsızlığı səbəbindən "Neftçi" və "Qarabağ" cərimələndi
"Neftçi" klubu azarkeşlərinin intizamsızlığına görə ümumilikdə 13 min manat məbləğində cərimə ilə üzləşib.
"Neftçi" klubu azarkeşlərinin intizamsızlığına görə ümumilikdə 13 min manat məbləğində cərimə ilə üzləşib.
Gundem.today xəbər verir ki, bu ağır cəzaya Misli Premyer Liqasının 29-cu turu çərçivəsində baş tutan gərgin "Qarabağ" - "Neftçi" qarşılaşmasında qeydə alınan xoşagəlməz hadisələr əsas səbəb kimi göstərilib.
Görüşün sonunda, 90+3-cü dəqiqəsində paytaxt klubunun tərəfdarları meydançaya kənar əşyalar ataraq oyuna müdaxilə ediblər. Cari mövsüm ərzində eyni halın artıq altıncı dəfə təkrarlanması səbəbindən "ağ-qaralar" 5 000 manat məbləğində cərimə ödəməli olacaqlar.
Məsələ bununla da yekunlaşmayıb. Tribunalardakı fanatların kütləvi şəkildə təxribat xarakterli və təhqiramiz şüarlar səsləndirməsi sevimli klublarını daha 8 000 manat ziyana salıb. Qeyd edək ki, bu növ intizamsızlıq mövsüm ərzində artıq səkkizinci dəfədir ki, qeydə alınır.
Rəqib komanda "Qarabağ" da cəzasız qalmayıb. Belə ki, Ağdam təmsilçisi öz azarkeşlərinin stadionda pirotexniki vasitələrdən istifadə etməsinə görə 7 000 manat məbləğində cərimə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
İdmanAFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.
İdman"Haramball": Futbolda sağqalma sənəti
Futbolda "haramball" termini populyarlaşıb. Tamamilə müdafiəyə çəkilib rəqibə oyun qurmağa imkan verməməyə əsaslanan bir taktika. Oyundan alınan zövq bərbaddır, amma funksionallığı yüksəkdir. Heç bir qol buraxmadan, fürsət yarananda isə qol vurmaq strategiyasıdır.
İdmanManuel Noyer Çempionlar Liqasında antirekorda imza atdı
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin antirrekordu ilə diqqət mərkəzinə düşüb.