
AFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.
Gundem.today milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu ağır cəzaya Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "İmişli" ilə qarşılaşmada yaşanan insidentlər səbəb olub.
"Gənclik şəhəri" təmsilçisinin meydana çıxdığı formada aşkar edilən qüsurlar səbəbindən oyunun start fiti gecikib. Məhz bu texniki xətaya görə klub 1 500 manat məbləğində ziyana düşüb.
Əsas cərimə isə tribunalardakı gərginliklə bağlıdır. Belə ki, komanda azarkeşlərinin futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi kluba 8 000 manata başa gəlib. Qeyd edək ki, bu arzuolunmaz hal cari mövsümdə artıq dördüncü dəfədir təkrarlanır. Bundan əlavə, "kimyaçılar"ın fanatlarının pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən klub büdcəsindən daha 3 000 manat ödəməyə məcbur olacaq.
Turun intizam cəzaları bununla bitməyib. "İmişli" klubu beş futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib. Bənzər halla üzləşən "Kəpəz" komandası da "Şamaxı" ilə matçda beş oyunçusunun xəbərdarlıq almasına görə eyni məbləğdə cərimə ödəyəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzarkeşlərin intizamsızlığı səbəbindən "Neftçi" və "Qarabağ" cərimələndi
"Neftçi" klubu azarkeşlərinin intizamsızlığına görə ümumilikdə 13 min manat məbləğində cərimə ilə üzləşib.
İdman"Haramball": Futbolda sağqalma sənəti
Futbolda "haramball" termini populyarlaşıb. Tamamilə müdafiəyə çəkilib rəqibə oyun qurmağa imkan verməməyə əsaslanan bir taktika. Oyundan alınan zövq bərbaddır, amma funksionallığı yüksəkdir. Heç bir qol buraxmadan, fürsət yarananda isə qol vurmaq strategiyasıdır.
İdmanManuel Noyer Çempionlar Liqasında antirekorda imza atdı
"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin antirrekordu ilə diqqət mərkəzinə düşüb.
İdmanBakı artıq böyük marafon liqasında: Jurnalist Ayaz Mirzəyev qaçmağa hazırdır - VİDEO
Bakı "Full Marathon" şəhərləri siyahısına daxil olur.