
Həcc ziyarətinə sənəd qəbulunun MÜDDƏTİ UZADILDI
Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.
Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.
Gundem.today APA-ya istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Qeydiyyatdan keçənlər arasında azyaşlılar da var. Kvotanın 92 faizi dolub, cəmi 8 faiz yer qalıb. Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - deyə Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, həcc ziyarətinə son qeydiyyat tarixi ramazan ayının sonunadək müəyyən edilmişdi.
Xatırladaq ki, 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycana soyuq hava kütlələri daxil olub
Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.
CəmiyyətTanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür
Bu gün tanınmış teatr və kino aktyoru olan Ələsgər Ələkbərovun doğum günüdür.
CəmiyyətBakıda və Abşeronda KÜLƏK GÜCLƏNƏCƏK - Xəbərdarlıq
Martın 27-si gündüzdən 29-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
CəmiyyətAzərbaycanın görkəmli hərbi xadimi VƏFAT ETDİ - VİDEO - FOTO
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynamış, ehtiyatda olan polkovnik Tofiq Məmmədov dünən qəfil ürək çatışmazlığından vəfat edib.