Tanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür
Cəmiyyət

Tanınmış teatr və kino aktyoru Ələsgər Ələkbərovun doğum günüdür

İndi
14:30
2 baxış
Paylaş:

Bu gün tanınmış teatr və kino aktyoru olan Ələsgər Ələkbərovun doğum günüdür.

Bu gün tanınmış teatr və kino aktyoru olan Ələsgər Ələkbərovun doğum günüdür.

Gundem.today xatırladır ki, Ə.Ələkbərov 1910-cu il mart ayının 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə üç qardaş və dörd bacı olublar. Səkkiz yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə yazılıb.

1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada "Hacı Baxşəli" ("Ölülər"), "ikinci bələdiyyə" ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutub. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulub.

Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - "Vaqif" və "Otello" onun yaradıcılığının zirvəsi hesab olunur.

Aktyor ilk dəfə 18 yaşında "Vulkan üzərində ev" filmində "Həsən" rolunu oynayıb. Daha sonra "Lətif", "Almaz", "Kəndlilər" filmlərində çəkilib. O, "Fətəli xan" filmində baş qəhrəman obrazı ilə sübut edib ki, tarixi qəhrəmanları da yüksək ustalıqla ifa etmək lazımdır.

"Ögey ana" filmindəki "Hüseyn dayı - kəndin ağsaqqalı" obrazı aktyorun ifasında təmkinli, sözübütöv insan təsiri bağışladığı halda, "Qara daşlar" filmindəki "İsmayılzadə" rolu daha ciddi xarakterə malik insandır.

Ələsgər Ələkbərov səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə "SSRİ Xalq artisti" adına layiq görülüb.

1962-ci ildə çəkilən "Böyük dayaq" filmində yaratdığı "Rüstəm kişi" obrazı da Ələsgər Ələkbərovun yaradıcılığında ən parlaq nümunələrindən biridir.

"Böyük dayaq" filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, "Lal Hüseynin Rüstəm kişi ilə davası" çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyib və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur.

O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi ekranlarda görmək qismət olmayıb.

Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Doğum_günü#Ələsgər_Ələkbərov

Oxşar Xəbərlər