
Hörmüz boğazının minalardan təmizlənməsi nə qədər vaxt aparacaq?
"Hörmüz boğazının minalardan təmizlənməsi azı yarım il çəkəcək və bu prosesin İranla müharibə başa çatmazdan əvvəl başlaması ehtimalı azdır".
"Hörmüz boğazının minalardan təmizlənməsi azı yarım il çəkəcək və bu prosesin İranla müharibə başa çatmazdan əvvəl başlaması ehtimalı azdır".
Gundem.today "The Washington Post"a istinadən xəbər verir ki, bu qiymətləndirməni Pentaqonun yüksəkrütbəli məmuru ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqdə səsləndirib.
Qeyd olunub ki, bu qiymətləndirmə konqresmenlərin hiddətinə səbəb olub.
Nəşr bildirir ki, Hörmüz boğazında gəmiçiliyin bu qədər uzunmüddətli blokadası ABŞ-dəki qiymətlərə təsir etməklə yanaşı, xüsusən noyabrda keçiriləcək aralıq seçkinin yaxınlaşması fonunda respublikaçılar üçün siyasi problemlər vəd edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran parlamentinin sədri Hörmüz boğazının açılması və sülh üçün şərtlər irəli sürdü
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki münaqişənin deeskalasiyası perspektivləri ilə bağlı mövqeyini ifadə edib. Onun sözlərinə görə, hərbi əməliyyatların tam başa çatması yalnız iqtisadi məhdudiyyətlərin olmadığı şəraitdə mümkündür.
DünyaRoman Abramoviç Britaniyadakı aktivləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi
Rusiyalı iş adamı Roman Abramoviç aktivlərini donduran Britaniya məhkəməsinin hərəkətlərini qeyri-legitim hesab etmək məqsədilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
DünyaABŞ İkinci Dünya müharibəsindən bəri ən böyük sualtı donanma quruculuğuna başlayıb
"ABŞ İkinci Dünya müharibəsindən bəri ən böyük sualtı donanma quruculuğunu həyata keçirir".
DünyaTrampın açıqlamasından 15 dəqiqə əvvəl neftlə bağlı müəammalı sövdələşmələr olub
Treyderlər aprelin 21-də ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin uzadıldığını elan etməsindən cəmi 15 dəqiqə əvvəl neft qiymətlərinin düşəcəyinə 430 milyon dollar məbləğində mərc ediblər.