Son dəqiqə
Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?"Liverpul" klubunda növbəti ayrılıq - FOTOLitvanın baş naziri İçərişəhərlə tanış olub - FOTOUkraynalı sabiq səfirin ailəsinin ABŞ-də milyonlarla dollarlıq əmlakları üzə çıxıbTovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keç
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Sumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Sumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Cəmiyyət

Sumqayıtda məşhur geyim mağazasının fəaliyyəti dayandırıldı - FOTO - VİDEO

Bu gün
14:00
0 baxış
Paylaş:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki:

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- ⁠yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib və obyekt köçürmə çıxışları ilə təmin olunmayıb;

- yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığı barədə sınaq protokolu təqdim olunmayıb;

- obyektdə yanğın su hovuzu mövcud deyil;

- obyektin daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır;

- mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin istismarının Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılması barədə sənəd təqdim olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#FHN#Dövlət_Yanğın_Nəzarəti_Xidməti#Sumqayıt#Tinderyol_Baku#geyim_mağazası#yanğın_təhlükəsizliyi#mağazanın_fəaliyyəti_dayandırılıb#yanğın_nöqsanları

Oxşar Xəbərlər

Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilərCəmiyyət

Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər

Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.

Bu gün
14:480
Ölkəmizdə İnşaatçılar GünüdürCəmiyyət

Ölkəmizdə İnşaatçılar Günüdür

Bu gün inşaat sahəsində çalışanların peşə bayramıdır.

Bu gün
14:040
Xəzər Dəniz Neft Donanmasında YENİ TƏYİNATCəmiyyət

Xəzər Dəniz Neft Donanmasında YENİ TƏYİNAT

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.

Bu gün
13:521
Yanardağ yaxınlığında dağ massivi yarılır - İDDİACəmiyyət

Yanardağ yaxınlığında dağ massivi yarılır - İDDİA

Abşeron rayonunun Digah qəsəbəsində Yanardağ ətrafında dağ massivinin qanunsuz şəkildə yarılması iddia edilib.

Bu gün
13:441