Son dəqiqə
"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keçFutbolda "yarım qanad" inqilabı: "Mezzala" nədir və kimlərə deyilir? - FOTOKİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıbQayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdıCo Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdiLivanın baş naziri İsraillə sülh danışıqları üçün ABŞ-yə gedir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Co Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdi
Co Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdi
Dünya

Co Baydenin oğlu 17 milyon dollar borcu ilə ABŞ-ni tərk etdi

Bu gün
14:12
0 baxış
Paylaş:

ABŞ-nin 46-cı Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 17 milyon dollara yaxın borcunun olduğu və buna baxmayaraq, onun ABŞ-dəki fəaliyyətini səssizcə yekunlaşdıraraq ölkədən getdiyi bildirilir.

ABŞ-nin 46-cı Prezidenti Co Baydenin oğlu Hanter Baydenin 17 milyon dollara yaxın borcunun olduğu və buna baxmayaraq, onun ABŞ-dəki fəaliyyətini səssizcə yekunlaşdıraraq ölkədən getdiyi bildirilir.

Gundem.today-ın "Daily Mail" nəşrinə istinadla yaydığı xəbərə əsasən, bu faktlar məhkəməyə təqdim olunan yeni sənədlərdə öz əksini tapıb.

Aprelin 6-da hüquqşünas Barri Koburn tərəfindən Vaşinqton məhkəməsinə müvafiq sənədlər verilib. "Winston & Strawn" hüquq şirkətinin sabiq vəkilləri göstərdikləri xidmətlərə görə Hanterdən vəsaitlərinin ödənilməsini istəyirlər. Təqdim olunan sənəddə Baydenin artıq xarici ölkədə yaşadığı vurğulanır. Vəkil əlavə edib ki, Hanterin hazırkı məhkəmə xərclərini qarşılamaq imkanı belə yoxdur.

Sözügedən şirkət bundan öncə 56 yaşlı Hanteri qanunsuz silah gəzdirmə və vergilərdən yayınma işlərində təmsil edib. Lakin o, dəyəri 50 min dollardan artıq olan xidmət haqqını indiyədək ödəyə bilməyib.

Ötən il yayımlanan podkastların birində Hanter məhz hüquqi çəkişmələrə görə 17 milyon dollar borclandığını təsdiqləmişdi. Koburn mövzuya münasibət bildirməkdən və prezident oğlunun dəqiq koordinatlarını açıqlamaqdan imtina edib. Bununla belə, Hanterin bir müddət öncə həyat yoldaşı Melissanın vətəni olan Cənubi Afrika Respublikasında göründüyü qeyd olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Hanter_Bayden#Co_Baydenin_oğlu#ABŞ#məhkəmə_sənədləri#17_milyon_dollar_borc#vəkil_xərcləri#ölkəni_tərk_etmək#Cənubi_Afrika#vergidən_yayınma

Oxşar Xəbərlər

KİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıbDünya

KİV: Avropa ölkələrinin İrana qarşı əməliyyatdan imtinası NATO daxilində parçalanma yaradıb

Avropa İttifaqı (Aİ) ölkələrinin İrana qarşı əməliyyatda ABŞ-yə hərbi bazalar verməkdən imtina etməsi NATO daxilində parçalanmaya səbəb olub.

Bu gün
14:200
Livanın baş naziri İsraillə sülh danışıqları üçün ABŞ-yə gedirDünya

Livanın baş naziri İsraillə sülh danışıqları üçün ABŞ-yə gedir

Livanın Baş naziri Nəvaf Səlam gələn həftə xarici səfərlərə başlayacaq. Turne çərçivəsində ilk olaraq ABŞ-yə yollanacaq və burada İsraillə sülh müqaviləsi müzakirə olunacaq.

Bu gün
14:161
ABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir aradaDünya

ABŞ-ni narahat edəcək GÖRÜŞ - Çin lideri Tayvanın müxalifət lideri ilə bir arada

Çin Xalq Respublikasının Sədri Si Cinpin Tayvanın ən böyük müxalifət qüvvəsi olan Kuomintang partiyasının (KMT) rəhbəri Çenq Li-vun ilə tarixi görüş keçirib.

Bu gün
13:480
Zelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyirDünya

Zelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyir

"Kiyev təhlükəsizlik zəmanəti olaraq ölkə daxilində Amerika Birləşmiş Ştatları və Avropa dövlətlərinə məxsus hərbi bazaların qurulmasını planlaşdırır".

Bu gün
13:321