
İctimai reaksiyalar artır: Azər Həsrətin açıqlamaları tənqid olunur
Son dövrlərdə müxtəlif mövzular üzrə səsləndirilən bəzi açıqlamalar cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xüsusilə dil, təhsil və sosial davranışlarla bağlı fikirlərə ictimaiyyət daha həssas yanaşır.
Son dövrlərdə müxtəlif mövzular üzrə səsləndirilən bəzi açıqlamalar cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Xüsusilə dil, təhsil və sosial davranışlarla bağlı fikirlərə ictimaiyyət daha həssas yanaşır.
Özünü media eksperti və ictimai fəal kimi təqdim edən Azər Həsrət də zaman-zaman bu cür müzakirələrin mərkəzində yer alır. Onun konkret olaraq cəmiyyətin müəyyən kəsimi ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkədə və ictimai müstəvidə birmənalı qarşılanmır.
Maraqlısı budur ki, Azər Həsrət bəzən absurd həddinə çatan sözləri tənqid olunan kimi yeni açıqlamalar verərək guya fikirlərinin kontekstdən çıxarıldığını iddia edir.
Onlardan bəzilərinə nəzər salmaq yerinə düşər. A.Həsrət müsahibələrindən birində qeyd edib ki, "barlara gedən qızların əksəriyyəti rusca danışır". Haqlı tənqidlərə tuş gəldikdə isə: "Mən rusdilli qızların barlara getdiyini demirəm, deyirəm ki, barlarda daha çox rus dilində danışılır. İndi sual edirəm, sözü demişəm, lap tutaq ki, kimisə təhqir etmişəm. Bunu fərd olaraq mən demişəm".
Azər Həsrətin "siyasi şərhçilik" iddiası da tam fiaskoya uğrayıb. Məsələn, verilişlərin birində deyib ki, Azərbaycanın orta məktəblərində 160 min şagird rus dilində təhsil alır və onlar "potensial 5-ci kolon nümayəndələridir". Hətta cəmiyyətin bu kəsimini "şikəst" adlandırmaqdan da çəkinməyib.
Bir siyasi şərhçi yaşadığı ölkənin mədəniyyətindən, ictimai durumundan, multikulturalizm dəyərlərindən nə qədər bixəbər olmalıdır ki, belə ağlasığmaz ifrata varsın? Yoxsa Azər Həsrət hələ də 1990-cı illərdən çıxa bilmir? Sovet İttifaqından təzəcə ayrılan bir respublikada rus dilinin geniş yayılması, istifadəsi normal idi. Hazırda isə Azərbaycan cəmiyyətində hər kəs dövlət dilini çox gözəl bilir və geniş istifadə edir.
Bu yaxınlarda verdiyi müsahibəsində isə Azər Həsrət bəyan edir ki, hicablıların əksəriyyəti rusdillidir.
Burada məntiq haradadır? Ərəbcə danışmayan müsəlman qadın hicab geyinə bilməz? Yaxud bütün hicab geyinənlər ərəbcədən başqa dildə danışmamalıdırlar? Bu qaydanı kim qoyub? Azər Həsrət? Hansı əsasla?
Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli qeyd edir ki, "Azərbaycanda "Dövlət dili haqqında" Qanun qəbul olunduqdan sonra ana dilimizin işlənmə arealı genişlənib:
"Rus dilinin işlənməsi ilə bağlı isə müxtəlif fikirlər var. Biz qətiyyən deyə bilmərik ki, rus dilində danışan şəxs vətənpərvər deyil, tərbiyəsizdir və s. Olduqca yanlış fikirdir. Bizim xalq hərəkatı başlayandan müstəqillik qazanana qədər rusdillilərin rolu olduqca böyük olub. Süni şəkildə rus dilindən istifadə edib cəmiyyət arasında çaşqınlıq yaratmaq doğru deyil. İctimai nüfuzu olan şəxslər verdiyi bəyanatlarda diqqətli olmalıdırlar. Dedikləri sözün məsuliyyətini dərk etməlidirlər. Hər kəsin inancına, düşüncəsinə hörmət etmək lazımdır. Fikir bildirəndə bunu əsaslandırmaq, incə nüansları diqqətə almaq lazımdır".
Məsələ ilə bağlı Gundem.today-a danışan Milli Məclisin deputatı Elşad Musayev isə qeyd edib ki, bu fikirləri səsləndirmək üçün monitorinq aparmaq lazımdır.
"Açığı, belə araşdırma yoxdur ki, sözügedən məsələ ilə bağlı dəqiq rəy verəsən. Sosial şəbəkə sanki küçədir. Kim necə gəldi danışır. Düzdür, hamı Azərbaycan dilində danışmalı, hörmət etməlidir. Ayrı-ayrı insanlar hansısa fikirlər səsləndirə bilərlər, ağızlarına qıfıl vura bilmərik. Amma bunu ölkənin mövqeyi kimi də qiymətləndirmək doğru deyil. Onlar deputat, siyasətçi və ya hansısa hökumət adamı deyillər ki, Azərbaycanın mövqeyi kimi qəbul edək", - deyə deputat əlavə edib.
Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov qeyd edib ki, dil, sadəcə, ünsiyyət vasitəsidir:
"Danışmaq qabiliyyəti olmayan insanlar belə, məsələn, işarət dili ilə danışırlar, amma əsas odur ki, onlar o dil ilə, heç olmasa, rasional fikirlər ifadə edirlər".
Sosioloq Yusif Nəbiyev isə bildirib ki, mədəni davranış məsələsi olduqca geniş anlayışdır:
"Bir neçə amil insanın davranışını şəkilləndirir. Birmənalı şəkildə deyə bilmərik ki, bir insan bara gedirsə, siqaret çəkirsə, ya da Azərbaycan mentalitetinə uyğun olmayan formada əylənirsə, bu onun təhsil aldığı dillə bağlıdır. Düzdür, dil bizim düşüncə tərzini formalaşdırır, mədəni kodlar daşıyır. Alman dilində danışan insanların daha dəqiq məsələləri anlaması asan olur. Alman dili dəqiq dildir. Amma bu o demək deyil ki, alman dilində təhsil almısansa, alman kimi olacaqsan. Amma mədəniyyətimizə uyğun olmayan məsələləri təhsil aldığı dillə əlaqələndirmək kökündən yanlışdır".
Azər Həsrətin səsləndirdiklərini şərh edən vəkil Asim Abbasov qeyd edib ki, bu cür paylaşımlar inzibati məsuliyyət yaradır:
"Belə ki, İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə, eləcə də belə informasiyanın vaxtında aradan qaldırılmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutur".
O bildirib ki, həmin maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 m
Oxşar Xəbərlər
SiyasətVatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi heykəllər restavrasiya olunacaq - FOTO
Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.
SiyasətErməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTO
"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Nikol Paşinyan və komandasını hədəfə almaqla yenidən fəallaşması seçki ərəfəsində Ermənistanın revanşist dairələrindən, o cümlədən bütövlükdə gərginləşən situasiyadan faydalanmaq və bu proseslərdən qazanclı çıxmaq cəhdidir".
SiyasətVatikanla münasibətlər: Azərbaycanın multikulturalizm modeli Avropa mətbuatında - FOTO
"Müqəddəs Taxt-Tac ilə münasibətlərimiz həm məzmun, həm də əhatə baxımından yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmətə və mədəniyyətlərarası dialoqun, dinlərarası anlaşmanın dərinləşdirilməsinə yönəlmiş ortaq və qətiyyətli öhdəliyə əsaslanır".
Siyasətİqlim Dəyişmələri üzrə Dövlət komissiyasının növbəti iclası keçirildi
Aprelin 30-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.