Son dəqiqə
"EFES-2026" təliminə hazırlıq prosesi davam edir - VİDEONərgiz Şərifovaya yüksək vəzifə verildi - FOTOABŞ hərbçiləri Karib dənizində narkotacirlərin gəmisini vurdular - İki ölü - VİDEONazir yeni rəis təyin etdi - FOTO"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcəkLənkəranın bəzi ərazilərində işıq olmayacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi heykəllər restavrasiya olunacaq - FOTO
Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi heykəllər restavrasiya olunacaq - FOTO
Siyasət

Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi heykəllər restavrasiya olunacaq - FOTO

30 aprel 2026
17:50
0 baxış
Paylaş:

Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Vatikanda keçirilən görüşdə sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini imzalayıblar.

Yeni layihə çərçivəsində Müqəddəs Pavel Bazilikasının daxilində yerləşən Müqəddəs Pavel və Müqəddəs Pyotr heykəllərinin, həmçinin Bazilikanın həyətində Müqəddəs Pavel və Müqəddəs Luka heykəllərinin bərpası nəzərdə tutulub.

Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilika kompleksinə baxış zamanı Heydər Əliyev Fondu tərəfindən aparılmış işlər və növbəti mərhələlərdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Müqəddəs Pyotr Kilsəsindən sonra Vatikanın ikinci ən böyük kilsəsi olan Müqəddəs Pavel Bazilikası Roma şəhərində dörd əsas papalıq bazilikalarından biridir. Monumental ölçüləri, zəngin mozaikaları və uzun sütun sıraları ilə seçilən bazilika dini, mədəni abidə kimi böyük əhəmiyyət daşıyır və hər il minlərlə zəvvar və turist tərəfindən ziyarət olunur.

Bərpa işləri zamanı müasir texnologiyaların tətbiq olunması nəzərdə tutulur. Xüsusilə lazer texnologiyası vasitəsilə səthin təmizlənməsi və təbiətə zərər verməyən bioloji vasitələrlə konservasiya işlərinin aparılması planlaşdırılır. Bu metodlar əvvəllər Vatikan bağlarında da uğurla tətbiq olunub.

Bazilikada, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş əvvəlki bərpa və tikinti işləri ilə tanışlıq olub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən "Müqəddəs Yubiley İli" çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını və bərpasını nəzərdə tutan sənəd imzalanmışdı. Həmin müqavilə çərçivəsində Bazilikada aparılan bərpa və konservasiya işləri artıq uğurla tamamlanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Heydər_Əliyev_Fondu#Vatikan#Müqəddəs_Pavel_Bazilikası#bərpa_işləri#tarixi_abidələr#konservasiya_layihəsi#Anar_Ələkbərov#Raffaella_Petrini#heykəllərin_restavrasiyası#mədəni_irs.

Oxşar Xəbərlər

Bakıda üç sərgi və forum keçirilirSiyasət

Bakıda üç sərgi və forum keçirilir

Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.

Bu gün
10:190
İlham Əliyevin sosial şəbəkə hesabında Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib - VİDEOSiyasət

İlham Əliyevin sosial şəbəkə hesabında Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib.

Bu gün
08:460
İlham Əliyevin sosial şəbəkə hesablarında Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib - VİDEOSiyasət

İlham Əliyevin sosial şəbəkə hesablarında Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloninin Azərbaycan səfəri ilə bağlı paylaşım edilib.

Bu gün
08:460
Alyona Əliyeva Ukraynadan gələn tələbələr və incəsənət xadimləri ilə görüşdən paylaşım edib - FOTOSiyasət

Alyona Əliyeva Ukraynadan gələn tələbələr və incəsənət xadimləri ilə görüşdən paylaşım edib - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial şəbəkə hesabında İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə səmimi görüşdən paylaşım edib.

Bu gün
08:380