Son dəqiqə
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEOÇiçəkləmə mövsümündə gözləriniz risk altındadır - Həkim səbəbləri açıqladı"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEOİlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"
İlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"
Dünya

İlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"

Bu gün
03:20
0 baxış
Paylaş:

"Süni intellektin insanları əmək bazarından sıxışdırıb çıxarması nəticəsində yarana biləcək işsizliklə mübarizənin ən effektiv yolu ABŞ hökumətinin əhaliyə birbaşa pul paylamasıdır".

"Süni intellektin insanları əmək bazarından sıxışdırıb çıxarması nəticəsində yarana biləcək işsizliklə mübarizənin ən effektiv yolu ABŞ hökumətinin əhaliyə birbaşa pul paylamasıdır".

Gundem.today xəbər verir ki, bu barədə İlon Mask "X" sosial şəbəkəsində bildirib. Onun fikrincə, bu yanaşma ümumdünya yüksək gəlir səviyyəsini təmin etmək üçün ən yaxşı vasitə ola bilər.

"Süni intellekt və robototexnika pul kütləsinin artımını əhəmiyyətli dərəcədə üstələyən həcmdə mal və xidmətlər istehsal edəcək. Buna görə də inflyasiya baş verməyəcək", - deyə Mask vurğulayıb.

Qeyd edək ki, Mask bu ideyanı ilk dəfə səsləndirmir. O, yanvar ayında bir neçə startapın qurucusu, ABŞ-li sahibkar Piter Diamandis ilə birgə iştirak etdiyi podkastda hökumətlərin süni intellektə ayaq uydurmaqda çətinlik çəkə biləcəyini bildirmişdi.

Maskın sözlərinə görə, süni intellektin inkişaf sürəti qərarların qəbulunda ləngliyi və çoxsəviyyəliliyi ilə seçilən ənənəvi siyasəti xeyli qabaqlayır. Süni intellekt hökumətdən 10 dəfə və ya daha sürətlə inkişaf edə bilər, bu da dövlət qurumlarının effektiv reaksiya verməsini çətinləşdirir.

Müzakirədə iştirak edən texnologiya sahəsi üzrə investor və sahibkar Deyv Blandin də oxşar narahatlıqlarını bölüşüb. O bildirib ki, hazırda heç bir dövlət sistemi süni intellektin gətirdiyi dəyişikliklərin sürəti ilə ayaqlaşmağa tam hazır deyil və hətta tənzimləmə tədbirləri belə daha geniş iqtisadi fəsadları idarə etmək üçün kifayət etməyə bilər.

Bu kontekstdə Mask hökumətlər tərəfindən göstərilən birbaşa maliyyə dəstəyinin ehtiyat həll yolu ola biləcəyini qeyd edib. Onun fikrincə, səlahiyyətli qurumlar süni intellektin inkişafını tam nəzarətdə saxlamağa və ya ləngitməyə çalışmaq əvəzinə, vətəndaşlara birbaşa pul göndərməklə iqtisadi sabitliyin qorunmasına diqqət yetirə bilərlər.

Qeyd edək ki, sərvəti 787,3 milyard dollar qiymətləndirilən Mask tarixin ən zəngin sahibkarlarından biri hesab olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#süni_intellekt#İlon_Mask#işsizliklə_mübarizə#əhaliyə_ödənişlər#universal_gəlir#ABŞ_hökuməti#robototexnika#iqtisadi_sabitlik#Sİ_inkişafı#texnoloji_dəyişikliklər

Oxşar Xəbərlər

Çiçəkləmə mövsümündə gözləriniz risk altındadır - Həkim səbəbləri açıqladıDünya

Çiçəkləmə mövsümündə gözləriniz risk altındadır - Həkim səbəbləri açıqladı

"Çiçəkləmə dövründə göz xəstəlikləri daha da şiddətlənir".

Bu gün
04:420
"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?Dünya

"Pirelli" bahalaşır, "Land Rover" rekord qırır: Avtomobil dünyasında nələr baş verir?

Dünyanın aparıcı şin istehsalçılarından olan "Pirelli" şirkəti Yaxın Şərqdə yaranmış gərginlik fonunda riskləri azaltmaq üçün yeni fəaliyyət strategiyasını elan edib.

Bu gün
04:180
Tramp İranın dəniz limanlarının blokadasını nə vaxt dayandıracağı barədə danışdıDünya

Tramp İranın dəniz limanlarının blokadasını nə vaxt dayandıracağı barədə danışdı

ABŞ Prezidenti Donald Tramp əmin edir ki, Birləşmiş Ştatlar İranın dəniz limanlarının blokadasını iki tərəf münaqişənin nizama salınması ilə bağlı razılaşmalar əldə edən kimi dayandıracaq.

Bu gün
02:060
Trampdan sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"Dünya

Trampdan sensasion iddia: "İran "Hizbullah" və HƏMAS-dan imtina edir"

"İran Livanın "Hizbullah" və Fələstinin HƏMAS qruplaşmasını dəstəkləməyi dayandırmağa razılıq verib".

Bu gün
01:580