
Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
Ani diqqətsizlik, yaxud tıxacda hövsələsizliyiniz sizi 30 manatınızla vidalaşmağa məcbur edə bilər.
Ani diqqətsizlik, yaxud tıxacda hövsələsizliyiniz sizi 30 manatınızla vidalaşmağa məcbur edə bilər.
Gundem.today-ın "Qanun nə deyir" adlı rubrikasının bugünkü mövzusu səs siqnallarından istifadə qaydalarıdır.
Səs siqnallarından harada və nə vaxt istifadə etmək olar?
"Yol hərəkəti haqqında" Qanunun 73-cü maddəsində qeyd olunur ki, səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
- yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
- yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
Burada qeyd olunmalıdır ki, ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir.
Bəs bu qaydanı pozanları hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində qeyd edilir ki, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə sürücü otuz manat məbləğində cərimə edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVinnitsa dəhşətindən sonra ikinci doğum günüm
Biz ora çatanda hava zərbələri dayansa da, ərazi hələ də tüstü içində idi.
Cəmiyyət"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEO
Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.
CəmiyyətXərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.
CəmiyyətGürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEO
Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.