
İnsan rüşeyminə genetik müdaxilə cinayət hesab olunacaq - Yaponiyada yeni qanun qəbul edildi
Yaponiya Nazirlər Kabineti insan rüşeyminə genetik müdaxiləni və "dizayner körpələri" adlandırılan uşaqların dünyaya gətirilməsini cinayət əməli kimi tanıyan yeni qanun layihəsini qəbul edib.
Yaponiya Nazirlər Kabineti insan rüşeyminə genetik müdaxiləni və "dizayner körpələri" adlandırılan uşaqların dünyaya gətirilməsini cinayət əməli kimi tanıyan yeni qanun layihəsini qəbul edib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın "Kyodo" informasiya agentliyi yayımlayıb.
Yeni qanunvericilik aktı genetik cəhətdən dəyişdirilmiş rüşeymlərin qadın ana bətninə yerləşdirilməsini qadağan edir və buna görə ciddi cəzalar tətbiq edir. Qaydanı pozan şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə və 10 milyon yen (təqribən 63 min ABŞ dolları) miqdarında cərimə gözləyir.
Rəsmi Tokio hesab edir ki, insan genomunun dəyişdirilməsi texnologiyaları irsi xəstəliklərin qarşısının alınmasında faydalı ola bilsə də, onların naməlum fəsadlara yol açma ehtimalı yüksəkdir. Bununla yanaşı, göz rəngi, boy və ya digər fiziki parametrlərin seçilməsi ilə "dizayner körpələri"in yaradılması kimi texnologiyadan sui-istifadə cəhdləri də ciddi narahatlıq doğurur.
İndiyədək Yaponiyada bu növ genetik əməliyyatlar yalnız müəyyən təlimatlarla tənzimlənirdi və hər hansı cinayət məsuliyyəti yaratmırdı.
Sözügedən texnologiyalar ətrafında qlobal debatlar ilk dəfə 2018-ci ildə Çində qeydə alınan qalmaqallı hadisədən sonra alovlanmışdı. O zaman çinli tədqiqatçı genetik modifikasiyaya uğramış əkiz uşaqların doğulduğunu elan etmişdi. Bundan bir il sonra isə Yaponiya Nazirlər Kabineti yanında fəaliyyət göstərən şura bu istiqamətdə xüsusi dövlət qanununun hazırlanmasını gündəmə gətirmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaLondonda II Elizabetin yüzlərlə nadir eksponatı nümayiş olunur - FOTO
Londondakı Bukingem sarayında Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin geyimlərinə həsr olunmuş sərgi açılıb.
DünyaKİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edir
Yaxın Şərqdəki münaqişələrin süni intellekt məlumat bazalarına olan ehtiyacı aşağı salacağı barədə ehtimallar reallaşmayıb.
DünyaYeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib
Fiziklər müəyyən ediblər ki, Yer 1200 və ya 1201-ci ildə Günəş aktivliyinin pik dövründə güclü plazma tullantısının təsirinə məruz qalıb. Bunun izləri qədim Çin xronikalarında və yapon mənbələrində aşkar edilib.
DünyaUqandada şimpanzelər arasında "vətəndaş müharibəsi" başlayıb
ABŞ, Almaniya, Çin və Uqandanı təmsil edən beynəlxalq tədqiqatçılar qrupu müəyyən ediblər ki, çoxsaylı Nqoqo şimpanze icması hazırda parçalanma və "vətəndaş müharibəsi" dövrünü yaşayır. Bu qanlı toqquşmalar nəticəsində 200-dən çox fərd olan qrupda ən azı 24 primat həyatını itirib.