
Londonda II Elizabetin yüzlərlə nadir eksponatı nümayiş olunur - FOTO
Londondakı Bukingem sarayında Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin geyimlərinə həsr olunmuş sərgi açılıb.
Londondakı Bukingem sarayında Böyük Britaniyanın keçmiş kraliçası II Elizabetin geyimlərinə həsr olunmuş sərgi açılıb.
Gundem.today xəbər verir ki, bu barədə kral ailəsinin sosial şəbəkə hesabında məlumat verilib.
"Onun 100 illik yubileyi ilində kraliça II Elizabetin həyatı ərzindəki görkəmli üslubunu əks etdirən 300-dən çox eksponatla tanış ola biləcəksiniz - doğuşdan yetkinlik yaşına, şahzadədən kraliçaya, gündəlik üslubdan tarixdəki əlamətdar hadisələr münasibətilə dünya səhnəsinə çıxışa qədər", - deyə paylaşımda bildirilib.
Sərgilər kraliçanın əvvəllər heç vaxt görünməmiş uşaq geyimləri, toy bəzəkləri, taclar, papaqlar və hətta 2012-ci il London Olimpiadasının açılış mərasimində geyindiyi don da var.
Sərgi aprelin 10-dan oktyabrın 18-nə qədər Bukingem sarayındakı Kral Qalereyasında davam edəcək.
Kraliça II Elizabet (1926-2022) bütün Britaniya monarxları arasında yaşa və hakimiyyət müddətinə görə rekordçu olub. O, 2022-ci ildə ömrünün 97-ci ilində Şotlandiyadakı Balmoral qəsrindəki iqamətgahında vəfat edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaCeff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı
Amerikalı milyarder Ceff Bezos tərəfindən qurulan "Blue Origin" şirkəti elektrik cərəyanı vasitəsilə Ay tozundan oksigen əldə edə bilən reaktor hazırlayıb.
Dünyaİnsan rüşeyminə genetik müdaxilə cinayət hesab olunacaq - Yaponiyada yeni qanun qəbul edildi
Yaponiya Nazirlər Kabineti insan rüşeyminə genetik müdaxiləni və "dizayner körpələri" adlandırılan uşaqların dünyaya gətirilməsini cinayət əməli kimi tanıyan yeni qanun layihəsini qəbul edib.
DünyaKİV: Qlobal böhrana baxmayaraq süni intellekt çiplərinə tələbat artmaqda davam edir
Yaxın Şərqdəki münaqişələrin süni intellekt məlumat bazalarına olan ehtiyacı aşağı salacağı barədə ehtimallar reallaşmayıb.
DünyaYeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib
Fiziklər müəyyən ediblər ki, Yer 1200 və ya 1201-ci ildə Günəş aktivliyinin pik dövründə güclü plazma tullantısının təsirinə məruz qalıb. Bunun izləri qədim Çin xronikalarında və yapon mənbələrində aşkar edilib.