
Nazir müavini: "BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi dayanıqlı inkişafa və sülhə töhfə verəcək"
"Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir. 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim olunması planlaşdırılır".
"Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir. 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim olunması planlaşdırılır".
Gundem.today xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.
"Bununla yanaşı, BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi ilə əməkdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) regional səviyyədə lokallaşdırılması layihəsinə başlanılıb. DİM-in lokallaşdırılması onların yalnız qlobal səviyyədə qəbulunu deyil, eyni zamanda milli, regional və yerli səviyyələrdə siyasətlərə, proqramlara və inkişaf planlarına inteqrasiyasını nəzərdə tutur. Fəaliyyətin ilkin mərhələsi olaraq İqtisadiyyat Nazirliyi və BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi tərəfindən Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərdə - ilk mərhələdə Şuşa şəhərində müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanması üçün işlər görülür. Əminik ki, BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi ölkəmizdə dayanıqlı inkişafa, regionda sülhə, rifaha və sabitliyə töhfə verəcək", - deyə A. Axundov əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatMədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qayda
Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.
İqtisadiyyatİqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"
"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır".
İqtisadiyyatBeş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.
İqtisadiyyat"Brent" markalı neft bahalaşdı
Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində cüzi bahalaşma müşahidə edilib.