Son dəqiqə
Tramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edibAzərbaycanda sabiq nazirə yeni vəzifə verildiErmənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTOBəzi cərimələrin minimum hədlərinin müəyyənləşdirilməsi təklif edilir - FOTOYaxın günlərdə Yer kürəsini maqnit qasırğaları bürüyəcək - FOTOKeyfiyyətsiz pestisid məhsullarının idxalının qarşısı alındı - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Beş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
Beş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO
İqtisadiyyat

Beş il üçün 85 milyon dollar: Azərbaycanda bu vəsait nəyə xərclənəcək? - FOTO

Bu gün
10:42
0 baxış
Paylaş:

"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.

"Qarşıdakı dövr üçün əsas məqsədimiz əldə edilən nailiyyətləri möhkəmləndirməklə yanaşı, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya, inklüziv artım və iqtisadi dayanıqlılıq kimi yeni qlobal çağırışlara çevik və effektiv cavab verən tərəfdaşlıq modelini daha da inkişaf etdirməkdir.

2026-30-cu illəri əhatə edən çərçivə sənədi bu baxımdan iki əsas prioritet istiqaməti müəyyən edir: inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, həmçinin ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi".

Gundem.today xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksəksəviyyəli Birgə Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir:

"2026-30-cu illəri əhatə edən çərçivə sənədi strateji prioritetlər üzrə bir sıra konkret statistik hədəflər müəyyən edir. Birinci strateji prioritet - inklüziv sosial-iqtisadi artım və insan kapitalının gücləndirilməsi istiqamətində kənd təsərrüfatına yönəlmiş dövlət xərclərinin indeksinin yüksəldilməsi, qeyri-infeksion xəstəliklər səbəbindən vaxtından əvvəl ölüm səviyyəsinin endirilməsi, qadınların idarəetmə vəzifələrində iştirakının və sosial müdafiə əhatəsinin artırılması, eləcə də əməkhaqqının ÜDM-də payının yüksəldilməsi kimi hədəflər müəyyən edilib".

"İkinci strateji prioritet - ekosistemlərin qorunması, iqlimə davamlılıq və yaşıl artımın təşviqi istiqamətində isə inteqrə olunmuş su ehtiyatlarının idarəolunması, bərpaolunan enerjinin ümumi enerji istehlakındakı payının, tullantıların təkrar emal səviyyəsinin, eləcə də meşə örtüyünün payının artırılması nəzərdə tutulur. Bu göstəricilər Azərbaycanın dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat və inklüziv sosial-iqtisadi inkişaf istiqamətində əldə olunması planlaşdırılan konkret nəticələrini əks etdirir. Yeni çərçivə sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır. Bu vəsaitdən layihələrin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla, 34 milyon dollar vəsait isə qarşıdakı beşillik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzuolunan nəticələrə çatmaq baxımından əhəmiyyət kəsb edir", - nazir müavini əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#BMT#Azərbaycan#iqtisadi_inkişaf#yaşıl_artım#iqlim_dəyişikliyi#Anar_Axundov#davamlı_inkişaf#insan_kapitalı#Çərçivə_Sənədi_2026-2030#ekosistemlərin_qorunması#İqtisadiyyat_Nazirliyi.

Oxşar Xəbərlər

Mədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qaydaİqtisadiyyat

Mədəniyyət sahəsində qrant almaq istəyənlərə MÜJDƏ - Yeni qayda

Mədəniyyət sahəsində qrant layihələrinin maliyyələşdirilməsi "Qrant haqqında" Qanuna uyğun olaraq həyata keçiriləcək.

Bu gün
11:190
İqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"İqtisadiyyat

İqor Qarafuliç: "BMT WUF13-ün uğurla keçirilməsi üçün Azərbaycana dəstək göstərməyə hazırdır"

"Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu, qlobal miqyasda mühüm hadisədir. BMT bu tədbirin uğurla keçirilməsi üçün bütün sistem üzrə dəstək göstərməyə hazırdır".

Bu gün
10:500
"Brent" markalı neft bahalaşdıİqtisadiyyat

"Brent" markalı neft bahalaşdı

Yaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində cüzi bahalaşma müşahidə edilib.

Bu gün
10:440
Nazir müavini: "BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi dayanıqlı inkişafa və sülhə töhfə verəcək"İqtisadiyyat

Nazir müavini: "BMT ilə tərəfdaşlığımızın növbəti mərhələsi dayanıqlı inkişafa və sülhə töhfə verəcək"

"Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə dördüncü Könüllü Milli Hesabatını təqdim etmiş azsaylı ölkələrdən biri kimi çıxış edir. 2027-ci ildə ölkəmiz tərəfindən beşinci Könüllü Milli Hesabatın təqdim olunması planlaşdırılır".

Bu gün
10:460