
İran AT&T və "Siemens" şirkətlərinin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
İran Silahlı Qüvvələri AT&T və "Siemens" şirkətlərinin İsraildə yerləşən obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib.
İran Silahlı Qüvvələri AT&T və "Siemens" şirkətlərinin İsraildə yerləşən obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bildirib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr Ben-Qurionda və Hayfa şəhərində yerləşən rabitə, telekommunikasiya və sənaye obyektlərini hədəf alıb.
"Bu gün səhərdən etibarən İran Silahlı Qüvvələri Ben-Qurion və Hayfada yerləşən, "Siemens" və AT&T şirkətlərinə məxsus, İsrail ordusu ilə əlaqəli strateji əhəmiyyətli rabitə, telekommunikasiya və sənaye obyektlərinə dağıdıcı zərbələr endirib", - deyə İranın dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAzərbaycanın UNESCO-dakı fəaliyyəti müzakirə olunub
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş baş direktor müavini Asa Reqnerlə görüşüb.
DünyaHörmüz böhranı dünyanı vurdu: Uçuşlar ləğv edilir, biletlər bahalaşır
Yaxın Şərqdəki gərginlik nəticəsində təyyarə yanacağının qiyməti kəskin şəkildə bahalaşıb. Bu səbəbdən qlobal miqyasda reyslərin kütləvi ləğvi müşahidə olunur.
DünyaRusiyanın İrandakı səfiri Azərbaycana təşəkkür etdi
Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkəsinin İrandan çıxmaq istəyən bütün vətəndaşlarının artıq bölgəni tərk etdiklərini bildirib.
DünyaSEPAH "Intel" və "Microsoft"un regional obyektlərini vurmaqla hədələdi
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin texnologiya şirkətlərinin regiondakı obyektlərini hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq edib.