
İrandan Türkiyəyə atılan raket havada vuruldu
İrandan buraxıldığı müəyyən edilən bir ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib.
İrandan buraxıldığı müəyyən edilən bir ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib.
Gundem.today xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyənin hava məkanına daxil olan həmin raket NATO-nun hava hücumundan müdafiə və raketdən müdafiə bölmələri tərəfindən Şərqi Aralıq dənizində məhv edilib.
Nazirliyin bəyanatında qeyd edilir ki, Türkiyə öz hava məkanına və ərazisinə yönələn hər cür təhdidə qarşı lazımi tədbirləri qətiyyətlə görür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHusilər neftin qiymətini 200 dollara çatdırmaqla hədələdilər
Yəmənin "Ənsar Allah" (husilər) qiyamçı hərəkatı Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını bağlaya və bununla da neftin qiymətini bir barel üçün 200 dollara çatdıra bilər.
DünyaPolşa Ukrayna ilə sərhəddə təhlükəsizliyi gücləndirir - Elektron baryer quraşdırılacaq
Polşa hakimiyyəti milli təhlükəsizliyi gücləndirmək və sərhəd pozuntularının qarşısını almaq məqsədilə Ukrayna ilə şərq sərhədində 120 milyon dollarlıq elektron monitorinq sistemi quraşdırır.
DünyaAvropanı silkələyən əməliyyat: Siqaret mafiyası çökdürüldü
Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti (KOM) və "EUROPOL" ("AVROPOL" - Avropa İttifaqının Hüquq-Mühafizə Orqanları üzrə Əməkdaşlıq Agentliyi) tərəfindən koordinasiya edilən, 5 Avropa ölkəsi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı "Avropanın Pablo Eskobarı" kimi tanınan "Baybaşin" cinayət təşkilatının siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması mexanizmi ifşa edilib.
DünyaAvropa Birliyi İrana qarşı sanksiyaların müddətini uzatdı
Avropa İttifaqı (Aİ) İranda insan hüquqlarının pozulması səbəbindən bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların müddətini daha bir il uzadıb.