
İranın Əbu-Dabiyə raket zərbəsi nəticəsində beş nəfər yaralanıb
İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.
İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.
Gundem.today xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, İrandan Xəlifə sənaye kompleksinə doğru buraxılan raketin hissələrinin düşməsi azı beş şəxsin yaralanmasına səbəb olub.
Bundan öncə verilən xəbərlərdə İranın həyata keçirdiyi raket hücumu səbəbindən sənaye bölgəsinin ətrafında iki yanğının baş verdiyi qeyd olunurdu. Hazırda yanğınsöndürmə qrupları alovun qarşısını almaq üçün tədbirlər görürlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı
Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.
DünyaMüctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı
"İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir".
Dünyaİranın Səudiyyə Ərəbistanındakı bazaya hücumu nəticəsində 10 ABŞ hərbçisi yaralanıb
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına İran tərəfindən edilən hücum zamanı on ABŞ hərbçisi xəsarət alıb.
DünyaABŞ-də qatar yük maşını ilə toqquşdu: Ölənlər var
Amerika Birləşmiş Ştatlarının Missisipi ştatında qatarın yük avtomobilinə çırpılması nəticəsində 5 nəfər həyatını itirib.