
İranın Səudiyyə Ərəbistanındakı bazaya hücumu nəticəsində 10 ABŞ hərbçisi yaralanıb
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına İran tərəfindən edilən hücum zamanı on ABŞ hərbçisi xəsarət alıb.
Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına İran tərəfindən edilən hücum zamanı on ABŞ hərbçisi xəsarət alıb.
Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" məlumat paylaşıb.
Xəbərə əsasən, İranın pilotsuz uçuş aparatları və ballistik raketlərlə endirdiyi zərbələr hərbi bazadakı bir neçə ABŞ tanker təyyarəsinin də zədələnməsinə səbəb olub.
"CBS News" telekanalına danışan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi qeyd edib ki, hərbi əməliyyatlar başlayandan bəri 303 ABŞ hərbçisi döyüşlərdə yaralanıb. Onların 273 nəfəri yenidən öz xidmətinə davam edir. Rəsminin sözlərinə görə, xəsarət alanların 75 faizdən çoxunda kəllə-beyin travması qeydə alınıb. Yaralı on amerikalı hərbçinin vəziyyəti isə kritik olaraq dəyərləndirilir.
Pentaqonun açıqladığı rəsmi rəqəmlərə əsasən, İrana qarşı aparılan hərbi əməliyyatların başlandığı vaxtdan indiyədək 13 ABŞ hərbçisi həyatını itirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ lideri İranla hərbi qarşıdurmanın təfərrüatını açıqladı: "3 554 hədəfə zərbə endirməliyik"
"Amerika Birləşmiş Ştatların İrana qarşı həyata keçirdiyi hərbi kampaniya hələlik başa çatmayıb".
DünyaOmanın Salalah limanı dron hücumuna məruz qalıb
Omanın cənub bölgəsində yerləşən Salalah limanına iki pilotsuz uçuş aparatı tərəfindən zərbə endirilib və nəticədə bir işçi xəsarət alıb.
DünyaBəhreyn və Küveytin hava məkanı 29 gündür bağlıdır - Yeni qadağa qərarı
Birləşmiş Ştatlar və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Bəhreyn və Küveytin hava məkanlarında dayandırılmış uçuşlar artıq 29-cu gündür ki, bərpa edilmir.
DünyaMüctəba Xameneinin ictimaiyyət qarşısında görünməməsinin səbəbi açıqlandı
"İran ali lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır, lakin vəzifələrini yerinə yetirməyə davam edir".