
İş yoldaşını "işverən" sözünə görə bıçaqlayan şəxsin CƏZASI BƏLLİ OLDU
İş yoldaşını ona "işverən" deməsinə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
İş yoldaşını ona "işverən" deməsinə görə bıçaqlamaqda təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today-ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, müttəhimə 3 il müddətinə şərti cəza verilib.
Qeyd edək ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki, aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Anar Quliyevi bıçaqlayıb.
R.İbrahimov hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMəhkəmədə etiraf: "65 min manatı səhhətimə görə almışam"
Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birlikdə ittiham olunan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Kriminal"Elmira cadugərliklə məşğul idi" - Bakıxanovda öldürülən şəxsin anası danışdı
Bakının Sabunçu rayonunda ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
KriminalMüəllimlərə qarşı dələduzluq edən şəxsə hökm oxundu - FOTO
Bakıda orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
KriminalGəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi
Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.