
İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlara ŞAD XƏBƏR
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölgədə fəaliyyət göstərən xidmət şəbəkəsinə müraciət edə bilərlər.
Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölgədə fəaliyyət göstərən xidmət şəbəkəsinə müraciət edə bilərlər.
Gundem.today xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, xidmət şəbəkəsi tərəfindən sahibkarlara və biznesə başlamaq istəyənlərə aşağıdakı xidmətlər təqdim olunur:
- regionun iqtisadi potensialı və investisiya imkanları barədə məlumatların təqdim edilməsi;
- sahibkarlıq fəaliyyətinə dəstək verən dövlət alətləri, güzəştlər və vergi azadolmaları haqqında ətraflı informasiya təminatı;
- biznesə başlamaq və inkişaf etdirmək üçün peşəkar məsləhət xidməti;
- müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması və koordinasiyası üzrə dəstək;
- sahibkarların hüquq və qanuni maraqlarının müdafiəsi və digər xidmətlər.
Region üzrə KOBİA-nın xidmət infrastrukturu aşağıdakı şəhər və rayonları əhatə edir:
- Laçın şəhəri - Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibati binası (Heydər Əliyev küçəsi, giriş 172);
- Zəngilan rayonu, Ağalı kəndi - Dövlət Xidmətləri Mərkəzi;
- Kəlbəcər şəhəri - DOST Mərkəzinin inzibati binasında xidmət mərkəzi;
- Füzuli şəhəri - Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmət məntəqəsində xidmət pəncərəsi;
- Şuşa şəhəri - Dövlət Xidmətləri Mərkəzində "Şuşa KOB evi".
Sahibkarları işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından faydalanmağa və biznesin qurulması və inkişafı üçün dövlət dəstəyi mexanizmlərindən aktiv şəkildə istifadə etməyə dəvət edirik!
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətTibbi vasitələrin alınması üçün 4,8 milyon manatdan çox pul xərclənəcək
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələri alacaq.
CəmiyyətÖzbəkistandan Azərbaycana gətirilən arılarda təhlükəli parazit var? - RƏSMİ AÇIQLAMA
Son dövrlər Azərbaycana xaricdən, xüsusilə Özbəkistandan gətirilən arı ailələrinin təhlükəli parazitlərə yoluxduğu iddia olunub. Bildirilir ki, sözügedən arılar "Tropilaelaps" adlı gənə ilə yoluxurlar, bu da arı ailələrinin məhv olmasına, eyni zamanda ölkədə arıçılıq təsərrüfatlarına ciddi ziyan vurulmasına səbəb olur.
CəmiyyətSakinlər faciədən danışdılar: "Hamını çayın qırağında vurdular" - VİDEO
1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı Naxçıvandan da yan keçməyib.
Cəmiyyətİcra sənədləri əsasında əmlak şəhadətnamələri veriləcək
"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilib.