
İsrail və Livan arasında danışıqların vaxtı və yeri AÇIQLANDI
İsrail və Livan arasında "Hizbullah"ın tərksilahı ilə bağlı danışıqların aprelin 14-də Vaşinqtonda keçirilməsi planlaşdırılır.
İsrail və Livan arasında "Hizbullah"ın tərksilahı ilə bağlı danışıqların aprelin 14-də Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Gundem.today "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir ki, bu barədə mənbə məlumat yayıb.
Görüşdə İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter və Livanın Vaşinqtondakı səfiri Nada Həmədə-Muavad iştirak edəcəklər. Danışıqlarda vasitəçi qismində ABŞ-nin Livandakı səfiri Mişel İssa çıxış edəcək və görüş ABŞ Dövlət Departamentində baş tutacaq.
Bildirilib ki, hazırda İsrail ilə "Hizbullah" arasında atəşkəs qüvvədə deyil. İsrail qüvvələrinin yaxın müddətdə Livanda qalacağı da qeyd olunur.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Livanla birbaşa danışıqlara mümkün qədər tez başlanmasını tapşırıb. ABŞ Prezidenti Donald Tramp isə aprelin 7-də İranla ikihəftəlik atəşkəs elan edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranın hücumları Səudiyyə Ərəbistanının hasilat gücünü azaldıb
İran qüvvələrinin Səudiyyə Ərəbistanının enerji obyektlərinə zərbələri nəticəsində ölkənin neft istehsalı sutkada 600 min barel azalıb.
DünyaLivana zərbələr nəticəsində ölənlərin sayı 303-ə çatıb
İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 303 nəfərə çatıb, 1 150-dən çox insan yaralanıb.
DünyaPutin "Pasxa atəşkəsi" elan etdi
Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edib.
DünyaSudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu
Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.