Son dəqiqə
"Ginnes" rekordçusu: Dünyanın ən yaşlı quşu öldüİranın Hörmüz boğazından keçidə görə ödəniş tələb etməsinə ABŞ-dən SƏRT REAKSİYA"YouTube"da yeni funksiya"Pasxa atəşkəsi": Kiyev Moskvaya qarşılıq verdiAlmaniyada bankda gərgin anlar: Silahlı şəxs saxlanıldıABŞ və İran arasında "müharibədən sonra müharibə" təhlükəsi - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Yaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEO
Yaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEO
Siyasət

Yaxın Şərq üçün çətin günlər geridə qaldı? - VİDEO

Bu gün
01:18
1 baxış
Paylaş:

ABŞ ilə İran arasında əldə olunan atəşkəs ilk baxışda müharibənin dayanması kimi görünür. Amma əslində, bu, hələlik yalnız silahların susduğu qısa fasilədir. Çünki tərəflər nə sülhün şərtlərində uzlaşıb, nə də qalibin kim olduğu məsələsində.

ABŞ ilə İran arasında əldə olunan atəşkəs ilk baxışda müharibənin dayanması kimi görünür. Amma əslində, bu, hələlik yalnız silahların susduğu qısa fasilədir. Çünki tərəflər nə sülhün şərtlərində uzlaşıb, nə də qalibin kim olduğu məsələsində.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Donald Tramp özünü hərbi-siyasi qələbənin sahibi kimi göstərməyə çalışır, Tehran isə döyüş meydanında ağır zərbələr alsa da, danışıqlar masasına daha güclü rıçaqlarla oturduğunu iddia edir. İran, xüsusilə, Hörmüz boğazı üzərində formalaşdırdığı real təsir imkanını əsas basqı alətinə çevirib.

Bu isə o deməkdir ki, atəşkəs olsa belə, müharibənin geosiyasi nəticələri hələ yeni başlayır. Məhz bu məqamda Qərb mediasında D.Trampın davranışı Riçard Niksonun məşhur "dəli nəzəriyyəsi" ilə müqayisə olunur. "Dəli nəzəriyyəsi" diplomatiyada qarşı tərəfi qorxutmaq üçün qeyri-sabit və gözlənilməz davranış nümayiş etdirməyə əsaslanır. Bu yanaşma vaxtilə R.Nikson tərəfindən Vyetnam müharibəsi dövründə istifadə olunub. Yanaşmanın mahiyyəti rəqibi qorxutmaq üçün özünü sərt və nəzarətsiz göstərməkdir.

D.Tramp əvvəlcə İranı sivilizasiya kimi məhv etməklə hədələsə də, atəşkəsə razılaşdı. Burada məqsəd qarşı tərəfi maksimum psixoloji təzyiq altında güzəştə getməyə məcbur etmək idi.

Ancaq bu taktikanın problemi də var. Qısa müddətdə nəticə versə belə, uzun müddətdə liderin etibarına və dövlətin beynəlxalq imicinə zərbə vurur.

Regionda sürətlə dəyişən diplomatik qərarlar belə bir sualı gündəmə gətirir: əgər bu atəşkəs müharibənin sonu olarsa, tərəflər nə qazandı və nə itirdi?

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#İran#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İran-İsrail_münaqişəsi#ABŞ-İran_danışıqları#Yaxın_Şərq

Oxşar Xəbərlər

ABŞ və İran arasında "müharibədən sonra müharibə" təhlükəsi - VİDEOSiyasət

ABŞ və İran arasında "müharibədən sonra müharibə" təhlükəsi - VİDEO

Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunan ikihəftəlik atəşkəs ilk baxışdan Yaxın Şərqdə gərginliyi azaltmalı idi.

Bu gün
01:480
Azərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEOSiyasət

Azərbaycanın tətbiq etdiyi model dünya orduları tərəfindən öyrənilir - VİDEO

Müasir müharibələrin xarakteri köklü şəkildə dəyişib. Artıq döyüş meydanında üstünlük tank və canlı qüvvədən çox, texnologiyanın səviyyəsi ilə müəyyən olunur. Bu dəyişimin mərkəzində isə pilotsuz uçuş aparatları, yəni dronlar dayanır.

Bu gün
00:180
Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri - VİDEOSiyasət

Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri - VİDEO

Pakistan görüşü ərəfəsində ABŞ və İran arasında danışıqlar başlasa da, tərəflərin mövqelərindən hələ də müharibənin barıt qoxusu hiss olunur və atəşkəsin kövrək olduğu görünür.

Bu gün
23:120
İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"Siyasət

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya müsahibə verib.

Bu gün
20:281