Son dəqiqə
"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıbZelenski Ukrayna ərazisində ABŞ və Avropa hərbi bazaları yerləşdirmək istəyirAlmaniyada aviaşirkət işçilərinin tətili səbəbindən yüzlərlə reys təxirə salındıİstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRARNBA tarixində İLK: Təkrarolunmaz məhsuldar ötürməBir qrup tələbənin TƏHSİL HAQQI dövlət büdcəsindən ödəniləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTO
Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTO
Siyasət

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTO

Bu gün
12:09
0 baxış
Paylaş:

"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

Gundem.today AZƏRTAC-a xəbər verir ki, bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, "Sülh Körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Sülh_Körpüsü_təşəbbüsü#Azərbaycan_Ermənistan_dialoqu#vətəndaş_cəmiyyəti_nümayəndələri#sülh_prosesi#ikitərəfli_dəyirmi_masa#quru_sərhədi#delimitasiya_və_demarkasiya#Vaşinqton_sammiti#sülh_gündəliyi

Oxşar Xəbərlər

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRARSiyasət

İstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR

İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiq olunub.

Bu gün
13:200
Azərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?Siyasət

Azərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?

"Azərbaycan hazırda 17 dayanıqlı inkişaf məqsədinin icrasına paralel olaraq 18-ci mərhələni həyata keçirir. İnkişaf məqsədi cənab prezidentin təşəbbüsü əsasında ərsəyə gəlib".

Bu gün
12:470
Hesablama Palatası Milli Məclisdə hesabatla çıxış edəcəkSiyasət

Hesablama Palatası Milli Məclisdə hesabatla çıxış edəcək

Hesablama Palatası Milli Məclis qarşısında hesabat verəcək.

Bu gün
11:261
Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndiSiyasət

Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndi

Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.

Bu gün
11:170