Son dəqiqə
Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?"Liverpul" klubunda növbəti ayrılıq - FOTOLitvanın baş naziri İçərişəhərlə tanış olub - FOTOUkraynalı sabiq səfirin ailəsinin ABŞ-də milyonlarla dollarlıq əmlakları üzə çıxıbTovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keç
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıb
"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıb
Digər

"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıb

Bu gün
13:30
0 baxış
Paylaş:

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu "ResponsAbility Investments AG" şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.

Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu "ResponsAbility Investments AG" şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.

Sazişə əsasən, "ResponsAbility Investments AG" tərəfindən "TuranBank"a üç il müddətinə yerli valyutada 10 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti təqdim olunub. Ayrılmış vəsaitin Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin (KOS) maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Maliyyələşmənin yerli valyutada təqdim edilməsi sahibkarların valyuta məzənnəsi risklərindən qorunmasına, eyni zamanda biznes layihələri üçün daha əlverişli və dayanıqlı maliyyələşmə şərtlərinin formalaşmasına şərait yaradacaqdır. Bu təşəbbüs ölkədə iqtisadi şaxələndirmənin dərinləşdirilməsinə və sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verəcəkdir.

"Bu əməliyyat maliyyə institutlarının kreditləşdirilməsi strategiyamızla tam uyğunluq təşkil edir. Yerli valyutada maliyyələşmə təqdim etməklə, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını dəstəkləməyi və yerli real iqtisadiyyatın inkişafına töhfə verməyi hədəfləyirik", - deyə "Benoit Bouet", "ResponsAbility Investments AG" şirkətinin Şərqi Avropa, Qafqaz , Mərkəzi Asiya (EECCA), Yaxın Şərq və Şimali Afrika (MENA) regionları üzrə rəhbəri qeyd edib.

"TuranBank" ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev bildirib ki, "ResponsAbility Investments AG" ilə imzaladığımız bu yeni saziş bankımıza olan etimadın və maliyyə dayanıqlığımızın növbəti göstəricisidir:

"10 milyon ABŞ dolları məbləğində olan bu vəsaitin yerli valyutada cəlb edilməsi ölkəmizdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığını artırmaqla yanaşı, onları məzənnə risklərindən qoruyacaq. Bu əməkdaşlıq vasitəsilə biz həmçinin ölkədə maliyyə inklüzivliyini gücləndirməyi və regionlardakı sahibkarlara dəstəyimizi daha da genişləndirməyi hədəfləyirik. Biz real sektoru dəstəkləməyə və ölkə iqtisadiyyatının qeyri-neft sahəsindəki dayanıqlı inkişafına töhfə verməyə davam edəcəyik".

Bu tərəfdaşlıq "TuranBank" ASC- nin beynəlxalq maliyyə institutları arasında etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləməklə yanaşı, onun davamlı inkişaf prinsiplərinə və maliyyə inklüzivliyinə sadiqliyini nümayiş etdirir.

"ResponsAbility Investments AG" qlobal miqyasda təsiredici (impact) investisiyalar sahəsində aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış və inkişafyönümlü investisiya şirkətləri arasında aparıcı mövqeyə malik qurumlardan biri kimi tanınır. Şirkət əsasən inkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən, dayanıqlı biznes modellərinə malik özəl şirkətləri hədəfləyən müxtəlif investisiya alətlərini idarə edir və bu çərçivədə xüsusi borc və kapital yerləşdirmələri həyata keçirir. Təsiredici (impact) yanaşma şirkətin investisiya strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Bu strategiyalar həm insanlar, həm də ətraf mühit üçün ölçüləbilən müsbət nəticələrin əldə olunmasına yönəlməklə yanaşı, eyni zamanda rəqabətədavamlı maliyyə gəlirlərinin təmin edilməsini hədəfləyir.

"TuranBank" ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən "TuranBank" ASC, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.

Ətraflı məlumat üçün: www.turanbank.az

"TuranBank"

Bizimlə etibarlıdır...

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#İsveç#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İnklüziv_Dəyərlər#Turanbank

Oxşar Xəbərlər

"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keçDigər

"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keç

Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə "Kristal"ın "Park Yasamal" layihəsi diqqətləri üzərinə çəkir.

Bu gün
14:340
"Kontakt" öz sektorunun bir nömrəli vergi ödəyicisi oldu - 40,1 MİLYON AZNDigər

"Kontakt" öz sektorunun bir nömrəli vergi ödəyicisi oldu - 40,1 MİLYON AZN

Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi "Kontakt" bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən bir nömrəli şirkət statusunu qazanıb.

Bu gün
11:440
"SİMA İmza" ilə vergi hesabatlarını pulsuz təqdim etDigər

"SİMA İmza" ilə vergi hesabatlarını pulsuz təqdim et

Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edən hesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəət vergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahid bəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergi əməliyyatları məhz bu ay həyata keçirilməlidir.

Bu gün
10:540
"Baku Electronics"də möhtəşəm "Dəli-Dolu təkliflər" kampaniyası başlayırDigər

"Baku Electronics"də möhtəşəm "Dəli-Dolu təkliflər" kampaniyası başlayır

Nağd alışa 60%-dək endirim, endirimli qiyməti 24 aya bölmə imkanı müştəriləri gözləyir!

Bu gün
16:300