
İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, seanslar zamanı iştirakçılar yoqa hərəkətləri edərkən ətrafda sərbəst dolaşan it balaları ilə təmasda olurlar, bu isə prosesə xoş əhvali-ruhiyyə və pozitivlik qatır.
Mütəxəssislərin fikrincə, heyvanlarla ünsiyyət insan orqanizmində stresin azalmasına və xoşbəxtlik hormonlarının artmasına səbəb olur.
Xüsusilə itlər insanın emosional vəziyyətinə tez reaksiya verdiyi üçün meditasiya zamanı daxili sakitliyin təmin olunmasına kömək edir.
Bu cür seanslar təkcə bədəni deyil, zehni də rahatladır. İtlərlə meditasiya həm də sosial bir təcrübədir. İnsanlar burada məşq etməklə yanaşı, heyvanlara qarşı daha həssas və məsuliyyətli yanaşma formalaşdırırlar.
Bəzi hallarda isə bu görüşlər yeni bir dostluğun başlanğıcına çevrilir. İştirakçılar seans zamanı ünsiyyət qurduqları balaları sahiblənmək qərarına da gələ bilirlər.
Fiziki və mənəvi rahatlıq təmin edən itlərlə meditasiyadan fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıÇexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək
Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.
MaraqlıSüni parçalar immun sistemini poza bilər
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
MaraqlıKüçədən xilas edilən 160 pişiyin pənah yeri - Sığınacaqdan FOTOREPORTAJ
2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub.
MaraqlıSovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJ
Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.