Son dəqiqə
Quba-Bakı magistralında CİDDİ PROBLEM: Sıradan çıxan avtomobillər yolda qalıblar - VİDEODünyanın ən varlı daşınmaz əmlak sahibinin adı açıqlandıİranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - FOTO - VİDEOABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyirTürkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da varXalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Maraqlı
  3. Süni parçalar immun sistemini poza bilər
Süni parçalar immun sistemini poza bilər
Maraqlı

Süni parçalar immun sistemini poza bilər

Bu gün
03:20
0 baxış
Paylaş:

Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.

Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.

Gundem.today xəbər verir ki, tibb mütəxəssisi Olqa Ulankina "İzvestiya" nəşrinə müsahibəsində bu problemin gizli təhlükələrindən danışıb.

Ekspertin bildirdiyinə görə, mikroplastiklər süni parçaların aşınması nəticəsində yaranan və ölçüsü 5 millimetrdən kiçik olan plastik zərrəciklərdir. Bu zərrəciklər bədənə ən çox tənəffüs yolu ilə daxil olsa da, qidaların üzərinə çökərək həzm sisteminə də keçə bilir.

"Mikroplastiklərin ən böyük mənbələrindən biri flis (fleece) materialından hazırlanan sviterlərdir. Tamamilə süni və poliester tərkibli olan bu parçadan, xüsusən də yuyulma zamanı gözlə görülməyən mikroskopik tellər qoparaq suya və havaya qarışır", - deyə mütəxəssis vurğulayıb.

Ekspert qeyd edib ki, mikroplastiklərə təkcə flisdə deyil, həmçinin neylon, elastan, akril və poliester tərkibli idman geyimlərində və ev tekstili məhsullarında da rast gəlinir. Onun sözlərinə görə, mikroplastiklərlə təması tamamilə kəsmək mümkün olmasa da, zərərin dərəcəsini azaltmaq olar:

"Mikroplastiklər hüceyrələri zədələyə, iltihab yarada və immun sisteminin işini poza bilər. Lakin onların konkret xəstəliklər yaratması barədə dəqiq sübutlar hələ tapılmayıb, bu mövzu hazırda tədqiqat mərhələsindədir".

O.Ulankina süni tərkibli paltarları daha az yumağı, paltaryuyan maşınlarda həssas rejimlərdən və xüsusi filtrlərdən istifadə etməyi, habelə imkan daxilində təbii materiallardan (pambıq, kətan və s.) tikilmiş geyimlərə üstünlük verməyi məsləhət görüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Maraqlı#Rusiya#Sağlamlıq#geyim_məhsulları#Mikroplastiklər#İmmun_sistemi

Oxşar Xəbərlər

İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJMaraqlı

İtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ

Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.

Bu gün
10:520
Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcəkMaraqlı

Çexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək

Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.

Bu gün
04:420
Küçədən xilas edilən 160 pişiyin pənah yeri - Sığınacaqdan FOTOREPORTAJMaraqlı

Küçədən xilas edilən 160 pişiyin pənah yeri - Sığınacaqdan FOTOREPORTAJ

2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub.

Bu gün
16:520
Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJMaraqlı

Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJ

Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.

Bu gün
11:560