
"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keç
Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə "Kristal"ın "Park Yasamal" layihəsi diqqətləri üzərinə çəkir.
Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə "Kristal"ın "Park Yasamal" layihəsi diqqətləri üzərinə çəkir.
"Park Yasamal" layihəsi müasir şəhər həyatının üstünlüklərini bir araya gətirən layihə kimi sakinlərə keyfiyyətli bir həyat tərzi vəd edir. Kompleksdə sakinlərin gündəlik həyatını komfortlu etmək üçün hər detal düşünülüb.
Ərazi geniş və yaşıllıqlarla zəngin park sahəsi, göl ətrafında istirahət zonaları, futbol meydançası və uşaqlar üçün təhlükəsiz oyun sahələri ilə seçilir. Özəl uşaq bağçası isə ailələr üçün əlavə rahatlıq təmin edir. 24/7 kamera nəzarət sistemi və geniş, təhlükəsiz avtodayanacaq sakinlərin təhlükəsizliyini ön planda saxlayır.
"Park Yasamal"da müxtəlif ehtiyaclara uyğun mənzil seçimləri təqdim olunur: iki, üç və dörd otaq, eləcə də, studiya mənzillər fərqli kvadratlarda mövcuddur. Alıcılar üçün həm hazır, həm tikintisi davam edən, həm də əşyalı mənzillər təklif edilir. Hazır mənzillər dərhal köçmək istəyənlər üçün, tikintisi davam edən mənzillər daha sərfəli seçim istəyənlər üçün, əşyalı mənzillər isə vaxt itirmədən köçüb, yaşamaq üçün idealdır.
Mənzillər tam təmirli şəkildə təhvil verilir və təmir zamanı Avropa brendlərinin materiallarından istifadə olunur. Bu isə uzunömürlü və estetik baxımdan cəlbedici yaşayış mühiti deməkdir.
Ödəniş şərtləri də alıcılar üçün olduqca əlverişlidir. Mənzilləri 30%-dən başlayan ilkin ödənişlə 36 ayadək daxili kreditlə və ya 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Eyni zamanda, dövlət ipotekasına yararlı yeni mənzillər də satışdadır. Şirkətin təqdim etdiyi "Evini hissə-hissə al" modeli isə xüsusi diqqət çəkir. Bu model sayəsində mənzilə aylıq öhdəliksiz və faizsiz şəkildə sahib olmaq mümkündür.
Kompleksin yerləşdiyi ərazi də xüsusi üstünlüklərə malikdir. Yasamal rayonunda, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin yaxınlığında yerləşən "Park Yasamal" şəhərin əsas nöqtələrinə rahat çıxış imkanı yaradır. Ətrafda gündəlik həyat üçün lazım olan bütün infrastruktur mövcuddur. Bundan əlavə, uzun illər "Qanlı göl" kimi tanınan su hövzəsinin ətrafında planlaşdırılan genişmiqyaslı abadlaşdırma işləri gələcəkdə bu ərazini müasir şəhər parkına çevirəcək və layihənin dəyərini daha da artıracaq.
Binaların və mənzillərin planlanması maksimum səmərəlilik prinsipi ilə həyata keçirilib. Mənzillər "itkisiz" layihələndirilib, yəni istifadə olunmayan, boş sahələr minimuma endirilib və hər kvadratmetr real yaşayış üçün nəzərdə tutulub. Bu isə həm rahatlıq, həm də maliyyə baxımından daha sərfəli seçim deməkdir.
"Park Yasamal" layihəsi həm rahat yaşayış, həm də gələcəkdə dəyər qazanan investisiya imkanı axtaranlar üçün ideal seçim kimi təqdim olunur. Layihə ilə daha yaxından tanış olmaq üçün tikinti ərazisinə baş çəkə, satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544
Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi
kristal.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"TuranBank" İsveçrənin "ResponsAbility Investments AG" fondu ilə əməkdaşlığa başlayıb
Azərbaycanda real sektorun inkişafını dəstəkləyən aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ASC beynəlxalq maliyyə bazarlarında mövqeyinin möhkəmləndirilməsi və yerli iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi strategiyası çərçivəsində İsveçrənin nüfuzlu "ResponsAbility Investments AG" şirkəti ilə yeni əməkdaşlıq sazişi imzalayıb.
Digər"Kontakt" öz sektorunun bir nömrəli vergi ödəyicisi oldu - 40,1 MİLYON AZN
Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi "Kontakt" bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən bir nömrəli şirkət statusunu qazanıb.
Digər"SİMA İmza" ilə vergi hesabatlarını pulsuz təqdim et
Aprel ayı vergi ödəyiciləri üçün strateji əhəmiyyət kəsb edən hesabatlılıq dövrüdür. İlin birinci rübü üzrə gəlir və mənfəət vergisi üzrə cari arayış, ƏDV, sadələşdirilmiş vergi, vahid bəyannamə üzrə hesabatlar və s. kimi bir çox elektron vergi əməliyyatları məhz bu ay həyata keçirilməlidir.
Digər"Baku Electronics"də möhtəşəm "Dəli-Dolu təkliflər" kampaniyası başlayır
Nağd alışa 60%-dək endirim, endirimli qiyməti 24 aya bölmə imkanı müştəriləri gözləyir!