
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri məlum oldu
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb, 20 nəfəri də yaralayan İsa Aras Mersinlinin hadisə zamanı dediyi son sözlər məlum olub.
Gundem.today "Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı hücum edən şagirdə müdaxilə edən valideyn Necmeddin Bekçi yaşananları danışıb.
N.Bekçi hadisə günü məktəbin yaxınlığındakı evində silah səsləri eşitdiyini bildirib. O, şagirdlərin çaxnaşma içində pəncərələrdən tullanmağa və məktəbdən qaçmağa çalışdığını gördüyünü söyləyib.
Məktəbə qaçdığını deyən N.Bekçi övladlarının yanına çatdıqdan sonra silah səslərinin gəldiyi bölməyə yönəldiyini vurğulayıb.
"Məktəbə yeməkxana tərəfdən daxil oldum və üst mərtəbəyə çıxanda iki müəllimlə yeməkxana işçisinin silahlı ilə mübarizə apardığını gördüm. Onlara dəstək olmaq üçün müdaxilə etdim".
Hücumçunu zərərsizləşdirib təhlükəsizlik qüvvələrinə təhvil verməyi hədəflədiklərini ifadə edən valideyn o vaxt bəzi şagirdlərin tualetlərdə gizləndiyini bildirib.
N.Bekçi, həmçinin İsa Aras Mersinlinin təhlükəsizlik qüvvələrinə təslim edildiyi vaxt "Məni bağışla" deyə təkrar etdiyini eşitdiyini qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi - ŞOK HESABAT
ABŞ Hərb Nazirliyi (Pentaqon) İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsindən ciddi asılılıq problemi ilə üzləşib.
DünyaKİV: İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin sağlamlıq vəziyyəti pisləşib
İranlı hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi həbs cəzasını çəkdiyi həbsxanada çox ağır vəziyyətdədir.
DünyaTramp Rusiya ilə bağlı qadağanın müddətini uzatdı
ABŞ Prezidenti Donald Tramp Rusiya gəmilərinin Birləşmiş Ştatlar limanlarına giriş qadağasını bir il müddətinə uzadıb.
DünyaDağıstanda bir neçə kilometrlik torpaq sürüşməsi baş verib - VİDEO
Rusiyanın Dağıstan Respublikasının Aşağı Ubekimaxı kəndi yaxınlığındakı dağlıq ərazidə bir neçə kilometr uzunluğunda torpaq sürüşməsi qeydə alınıb.